Bərdə Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib - (+FOTOLAR)

Bərdə Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib (+FOTOLAR)

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevin rəhbərliyi ilə 22.05.2019-cu il tarixində müşavirə keçirilib. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsi və bu baxımdan regional idarə üzrə mədəniyyət müəssisələrinin üzərinə düşən vəzifələrə həsr olunmuş müşavirədə sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən daxil olan məktubun icra vəziyyəti müzakirə olunub. Müşavirədə regional idarənin aparat üzvləri, rayon və şəhərlər üzrə baş məsləhətçilər iştirak edib. Regional idarənin rəisi İlyas Hacıyev məlumat verərək bildirib ki, “Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərindən biri hesab olunur. Ümumdünya İrs Komitəsi dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir. Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda Komitəyə Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin sədrlik etməsi Azərbaycan mədəniyyətinin haqlı olaraq geniş şəkildə təbliğ olunmasına və tanıdılmasına zəmin yaradacaqdır”.
Daha sonra İlyas Hacıyev təşrif buyuran nümayəndə heyətinin regional idarə üzrə qarşılanması və bu münasibətlə nəzərdə tutulan proqram və layihələrdən bəhs edib. Qarşılıqlı müzakirə şəklində davam edən müşavirədə təkliflər dinlənilib, müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, tədbirdə dünyanın 180-dan artıq ölkəsindən 2000 nəfərdən çox nümayəndənin iştirakı gözlənilir.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )