ADAU-nun rektoru Polşa Təbiət Elmləri Universitetində səfərdədir - (+FOTOLAR)

ADAU-nun rektoru Polşa Təbiət Elmləri Universitetində səfərdədir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Polşanın Varşava Təbiət Elmləri Universiteti ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr çərçivəsində hər iki ali təhsil müəssisəsi arasında müəllim və tələbələrin mübadiləsi həyata keçirilir. ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qeyd olunan universitetdə səfəri çərçivəsində mövcud olan əlaqələrin daha da genişləndirilməsi, birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, ikili diplom proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunaraq ilkin razılıq əldə edilib. Səfər müddətində universitetin maddi-texniki bazası, tədris və elmi-tədqiqat laboratoriyaları ilə yaxından tanışlıq olub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )