AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib - (+FOTOLAR)

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov “Funksiyaların Banax fəzaları (Orliç fəzaları). Riman sərhəd məsələləri. Bazislik məsələlərinə tətbiqi” mövzusunda məruzə edib.

Məruzədə bazislik məsələlərinin öyrənilməsi üçün Riman sərhəd məsələsi metodunun mahiyyətindən bəhs edilib. Funksiyaların yeni Banax fəzalarında müəyyən sistemlərin (məs. həyəcanlanmış triqonometrik sistemlər) bazislik xassələrini öyrənmək üçün sxem təklif olunub, bu istiqamətdə yaranan çətinliklər və məsələlər haqqında məlumat verilib. Deyilənlərə Orliç fəzaları timsalında aydınlıq gətirilib və bu fəzalarda vəziyyət haqqında məlumat verilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

 

Aynurə M. Cəfərova

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )