Ağcabədidə birincilər Əlifba bayramını qeyd etdilər - +FOTOLAR ( AZpress.AZ - İ.Mais, Ağcabədi )

Ağcabədidə birincilər Əlifba bayramını qeyd etdilər +FOTOLAR ( AZpress.AZ - İ.Mais, Ağcabədi )

Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbin birinciləri 20 may 2019-cu il tarixdə Mehtiyeva Mətanət və İsmayılova Günel müəllimələrin təşkilatçılığı ilə əlifba bayramını qeyd ediblər.
AZpress.AZ xəbbər verir ki, Əlifba bayramının aşılışı birincilərin ifasında Azərbaycan Respublikasının Dövlət himni ilə başladı.İlk öncə söz məktəbimizin direktoru Fəridə Allahverdiyevaya verildi.O,məktəbin birincilərini eləcə də valideynləri əlifba bayramı münasibəti ilə təbrik etdi və gələcək dərslərində uğurlar arzuladı.Birincilər tədbiri daha da maraqlı etmək üçün hazırladıqları”Tık-tık xanım” və “Göbələyin nağılı”adlı səhnəciklərini nümayiş etdirdilər.Tədbirimizdə Ağcabədi rayon İcra hakimiyyətinin humanitar işlər üzrə müavini Naibə xanım Mustafayeva və YAP qadınlar şurasının sədri Radə Telmanqızı da iştirak edirdi.Onlar da birincilərə öz ürək sözlərini dedilər.Birinci sinif şagirdləri vətən haqqında şerlər,maraqlı fikirlər və hikmətli sözlər dedilər.Sonra söz əlifba bayramının qonağı olan Solmaz Rəhimovaya verildi.O,öz çıxışında 1-ciləri təbrik elədi.Tədbirin maraqlı və əyləncəli keçdiyi haqqında fikirlər söylədi.Bundan sonra bu cür aktiv və fəal olmalarını arzuladı.Birincilərin sevincinin həddi hududu yox idi.Onlar “Cücələrim”,”Ağ çiçəyim”,”Ağıllı kuklam”,”Əziz müəllim”rəqslərini oynayaraq tədbiri daha da rəngarəng etdilər.Daha sonra məktəbimizin müavini çıxış edərək birinciləri “Əlifba bayramı”münasibətilə təbrik elədi.Onlara daha uğurlu fəaliyyət arzuladı və birincilərlə gözəl rəqs elədi.Şənlik daha da canlandı.Sevincləri bitməyən birincilər öz müəllimləri ilə birlikdə bayram tortunun ətrafına yığışaraq tortu kəsib ağız şirinliyi ilə yedilər.Nəhayət sonda diktorlarımız V sinif şagirdi Şirinova Nərgiz və VI sinif şagirdi Aysu “Ay qaşı,gözü qara qız”rəqisləri ilə tədbir yekunlaşdı.


Fotolar Toğrul İbrahimovundur

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )