YUNESKO-ya etiraz məktubu göndərildi - - Faiq İsmayılov yazır..

YUNESKO-ya etiraz məktubu göndərildi - Faiq İsmayılov yazır..

Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində mədəni irsimizə qarşı törədilən vandalizm aktlarına etiraz olaraq bir qrup QHT rəhbəri YUNESKO – nun Baş Baş Direktoru Odre Azule xanıma etiraz məktubu ünvanlanmışdır. Məktub eyni zamanda məlumat üçün YUNESKO-nun Azərbaycan nümayəndəliyinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə göndərilmişdir.


Hörmətli Odre Azule xanım,

Məlum olduğu kimi 1988-ci ildən başlayaraq Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsi aparır. Azərbaycanın 20% ərazisi Ermənistan Respublikası silahlı qüvvələrinin işğalı altındadır. Ermənistan işğalçılıq siyasətinə haqq qazandırmaq üçün zəpt etdiyi Azərbaycanın torpaqlarının ona məxsus olmasıyla bağlı saxta və vandalizimlə müşahidə edilən əsaslar yaratmağa çalışır. Ermənistan Respublikası işğal etdiyi Azərbaycan ərazilərindəki mədəni irs nümunələrinə öz mülkiyyət hüququnu tətbiq etməsi, faktiki olaraq Azərbaycanın öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid edilməsidir.
Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid daşınan və daşınmaz mədəni irs nümunələrini mənimsəmək, islam dini abidələrini isə dağıtmaq, yox etmək kimi qeyri-qanuni fəaliyyət həyata keçirir.
Ermənistan son 25 ildə Azərbaycanla cəbhə xəttində tətbiq edilən atəşkəsdən istifadə edərək, işğal altında saxladığı ərazilərindəyüzlərlə yer adlarını, inzibati yaşayış məntəqələrinin adlarını, daşınmaz tarix və mədəniyyət abidələrinin adlarını və toponimləri erməni adları ilə əvəz ediblər.
Azərbaycanın İşğal altındakı mədəni irsinin toxunulmamazlığını təmin edilməsi, sizin rəhbərlik etdiyiniz YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilatın vasitəsi ilə həyata keçirilməsini məqsədəuyğun hesab etmək olar. Mədəni irs bir xalqın milli mədəni və tarixi sərvəti olsada, bu nümunələr ümumilikdə Bəşəriyyətə məxsusdur və bəşər mədəniyyətinin tərkib hissəsidir. Odur ki, bir xalqın mədəni irsinin digər xalq, millət və ya xalqlar və ya millətlər tərəfindən dağıdılması, formasının dəyişdirilməsi, məhv edilərək vandalizmə uğradılması beynəlxalq konvensiyalar və sizin rəhbərlik etdiyiniz təşkilatın məramına görə yolverilməzdir.
1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndi. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir.
21 dekabr 2012-ci il tarixində Parisdə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitənin 7-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərar qəbul edilmişdir.
Qərarda işğalçı ölkələr tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında hesabatın verilməsi öhdəliyi və bu ərazilərə texniki missiyalarının göndərilməsininmümkünlüyü əks olunmuşdur.
Azərbaycan Respublikası, YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinə üzv seçilməsi, Azərbaycana işğal altında qalan tarix və mədəniyyət abidələrinin qorunması haqqında qəbul edilmiş beynəlxalq hüquqi sənədlərdən yararlanmaq imkanı verir. Beləki Komitə, Azərbaycana onun işğal altında qalan tarix və mədəniyyət abidələrinin qorunmasına nəzarət edilməsinə şərait yaratmalı və işğalçı dövlətin nəzərinə münaqişə zonasında mədəni mülkiyyətin qorunmasının vacibliyini çatdırmalıdır.

 

Hörmətli Odre Azule xanım,

Diqqətinizə çatdırmaq istərdik ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın mədəni irsinin məruz qaldığı itki və tələfatların sırasına sənəd abidələri, memarlıq abidələri, tarixi abidələr, arxeoloji abidələr, incəsənət abidələri, muzeylər, kitablar, əlyazmalar, arxiv fondları talana və dağıntılara məruz qalmışdır.

 

Ermənistan Respublikasının işğal altında saxladığı Azərbaycan ərazilərində həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin ümumi məzmunu belədir:
• 1993-cü ildə Laçın rayonunun tarix və diyarşunaslıq muzeyindən götürülərək Ermənistana aparılmış gümüş əl çantası ermənilər tərəfindən Londondakı "Sothebychr("39")s" auksionunda 80.000 ABŞ dollarına satılıb.
• 1998-ci ildə bir yazılı daş nümunəsi ermənilər tərəfindən Laçın rayonun Mığıdərə kəndinin cənub qərbində yerləşən məbədin üzərindən çıxarılaraq, Ermənistanın İrəvan şəhərindəki Matadaran qədim əlyazmalar muzeyində № 3437 nömrə altında saxlanır.
• Xocavənd rayonunun Tağaser kəndi ərazisindəki (arm.Qtçvəng) adlı abidədən iki bədii daş nümunəsi götürülərək Ermənistanın İrəvan şəhərindəki Matadaran qədim əlyazmalar muzeyində № 7822, № 7823 nömrələr altında saxlanır.
• 1993-2016-cı illər ərzində ABŞ, Almaniya, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə erməni brendi altında 1992=ci ildə Azərbaycan muzeylərindən qarət edilib aparılan xalçalar satışa çıxarılmılmışdır;
• Ermənistan işğal altında saxladığı ərazilərdə 68 müsəlman məscidi tamamilə dağıdılmış, 4 məscidi isə sökərək tanınmaz hala salınməşdır.
• Erməni əhalisi tərəfindən tarixi əhəmiyyətli 71 türbə, 150 qbristanlıq tamamilə, 250 qəbristanlıq isə qismən dağıdılmışdır;
• 150 000-dən çox daşınan mədəni-irs nümunələri, o cümlədən 23 muzeydən, 102 757 muzey eksponatları, 4 Dövlət Rəsm Qalareyasından, 376 rəsm əsəri, 761 kitabxanadan 4,6 milyon kitab, 13 arxivdən, 260 000 arxivləşdirilmiş sənəd, 50 000 ədədən çox vətəndaşların şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli ov və məişət əşyaları ermənilər tərəfindən qarət edilərək Ermənistana aparılmışdır. Onların bir qismini dünyanın müxtəlif ölkələrində satışa çıxarmış, bir qismi nüfuzlu şəxslərə hədiyyə edilmiş, bir qismini isə İrəvan şəhərinin müxtəlif müəsisələrində və şəxsi mülklərdə saxlayırlar;
• İşğal altındakı nəzarətsiz qalmış ərazilərdə 1500-dən çox memarlıq abidəsi gözlənilməz təbiət hadisələri nəticəsində uçmaq təhlükəsi qarşısında qalmışdır;
• 64 bağ-park monumental və xatirə abidələri dağıdılaraq erməni xatirə abidələri ilə əvəzlənmiş, 1814 memarlıq abidələrinin adları dəyişdirilərək erməni tarix və mədəniyyət abidələri kimi təbliğ olunur.
• 50 daşınmaz tarix və mədəniyyət abidəsi qeyri-qanuni təmir edilərək formaları dəyişdirib, divar yazılarını silib erməni tarix və mədəniyyət abidəsi kimi təbliğ edirlir.
• 20 Qafqaz Albaniyası dövrünə məxsus məbədin üzərində zəng qülləsi inşa edilib.
• Azərbaycanlıların qovulduqları inzibati yaşayış mərkəzlərində və bu mərkəzlərin əhatə etdiyi müsəlman qəbristianlıqlarında 5000-dən çox erməni xaç rəmzləri inşa edilmişdir.
• 747 sayda Arxeoloji abidələr üzərində ABŞ, Rusiya, İngiltərə, Fransa, İspaniya və digər xarici ölkələrin vətəndaşlarının iştirakı ilə qeyri-qanuni arxeoloji qazıntı işləri apararaq öz cinayət əməllərini beynəlləşdirməyə cəhd ediblər;
• 1510 Mədəniyyət müəsisəsii. O cümlədən; 365 Klub, 761 Kitabxana, 193 Mədəniyyət evli dağıdılaraq məhv edilmişdir.
• Azərbaycanın işğal altındakı ərazilərdə (1992-2018-ci il) qeyri-qanuni fəaliyyətə yol verilərək, Ağdamın Şahbulaq yaylağında 1, Xocalı rayonu ərazisində 4, Xankəndi şəhərində 3, Xocavənd rayonu ərazisində 4, Şuşa şəhərində 3, Şuşa Füzulu yolunda 1, Kəlbəcər rayonu ərazisində 2, Laçın şəhərində 1, Laçın rayonunun Zabux kəndində 1 yeni erməni kilsəsi inşa edilmişdir.

 

Ermənistan Hökumətinin bu fəaliyyəti, 1954-cü il Haaqa Konvensiyasına müvafiq müddəalarına ziddir. Azərbaycanın işğal altında qalan tarix və mədəniyyət abidələrinə qarşı Ermənistanın qeyri-insani siyasəti beynəlxalq qanun və konvensiyalara görə yolverilməzdir. Mədəni dəyərlərin hüquqi statusunu tənzimləyən beynəlxalq normativ sənədlərə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində talan edilərək xarici ölkələrə aparılan, Azərbaycanın daşınan mədəni dəyərləri Ermənistan Hökuməti tərəfindən Azərbaycana qaytarılması təmin edilməlidir.

 

Hörmətli Baş Direktor,

Sizdən xahiş edirik ki, Ermənistandan işğal altında saxladığı Azərbaycan ərazilərindəki mədəni mülkiyyətin qorunmasının vəziyyətiylə bağlı Ermənistandan hesabat verməsini tələb edəsiniz. Azərbaycanın hazırda Ermənistanın işğalında olan Dağlıq Qarabağ və ətraf rayonların ərazilərinə bizim də iştirakımızla texniki missiyalarının göndərilməsini təmin edəsiniz.


Faiq İSMAYILOV