TƏK CAVAD HEYƏT - - Rafael Hüseyn yazır.. (+ViDEO)

TƏK CAVAD HEYƏT - Rafael Hüseyn yazır.. (+ViDEO)

FACEBOOK növbəti xeyirxahlığını edərək 4 il əvvəl hazırladığım verilişi yada saldı.
Həmin veriliş mənə son dərəcə doğma, əziz olan böyük bir insana, unudulmaz doktor Cavad Heyətə həsr edilmişdi.
Onunla təmaslarımız çoxdan, 1980-ci illərin sonlarından başlansa da, ömrünün axır illərində lap yaxın olmuşduq.
Hər İrana gedəndə axşam mütləq telefon açır, xəbər verirdi ki, sabah yola düşür.
Hər qayıdanda dərhal zəng vurur,bildirirdi ki, gəlmişəm.
O, biliklə, mərifətlə, işıqla, şövqlə, eşqlə dolu nadir bir varlıq idi.
Onunla mənim həyatım çox maraqlı idi.
Xüsusi dəyər verdiyim bir yazım işıq üzü görəndə, hansısa yeni kitabım çıxanda bilirdim ki mütləq oxuyub hökmən də dəqiq, ədalətli, düzgün elmi qiymətini verəcək bir xeyirxah münsifim var.
Hər yeni yazımı başlayanda gözümün onunda həm də onun nurlu, müdrik surəti dayanırdı.
Ondan ötrü tez-tez qəribsəyirəm.
Az qala hər gün nə münasibətləsə evimizdə də onun adı səslənir. O tək mənə yox, ailəmizə əziz, simsar bir insan idi.
Cavad Heyətdən sonra dünya mənə daha kasıb gəlir.
Onun hec vəchlə heç kəsin doldura bilməyəcəyi yeri görünür və həmişə də görünəcək!
Cavad Heyətin yolunu tutub gedən, onun gördüyü işlərə bənzər işlər görmək istəyənlər həmişə olacaq.
Onun irsi, məktəbi yaşayacaq.
Ancaq ikinci Cavad Heyət olmayacaq!
O, TƏK, ZİRVƏ olan müstəsna şəxsiyyətlərdən idi!
Əbədi yeri də cənnətlərin ən şərəflisi olan millətin ürəyidir!

 

Mayın 24-ü böyük Cavad Heyətin doğum günüdür.
Və həmin 4 il öncə hazırladığım veriliş bu cümə axşamı, mayın 23-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !