Ağcabədi rayonunda Dövlət Qulluğuna Qəbul Qaydaları haqqında tədbir keçirilib - + FOTOLAR ( AZpress.AZ - İ.Mais)

Ağcabədi rayonunda “Dövlət Qulluğuna Qəbul Qaydaları“ haqqında tədbir keçirilib + FOTOLAR ( AZpress.AZ - İ.Mais)

Dövlət İmtahan Mərkəzinin Bərdə Regional Bölməsinin və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 21 may 2019- cu il tarixdə Ağcabədi rayon Bayraq muzeyində “Dövlət Qulluğuna Qəbul Qaydaları “ haqqında tədbir keçirilmişdir .
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri Azərbaycan Pedaqoji Universitetin Ağcabədi filialının müəllimləri və sonuncu kurs tələbələri həmçinin Ağcabədi rayon Məşğulluq Mərkəzinin əməkdaşları və mərkəzdə işaxtaran kimi qeydiyyatda olan ali təhsili vətəndaşlar iştirak etmişdir.
Tədbirdə DİM-in Bərdə Regional Bölməsinin müdiri Eltun Süleymanov ilk olaraq Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətləri barədə məlumat vermiş,bunlardan biri də dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarət olduğu qeyd etmişdir. Sonra Regional bölmənin əməkdaşı Emin Məmmədov təqdimat şəklində dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti dövlət qulluğuna qəbul qaydaları, test imatahanında iştirak,serifikatın əldə edilməsi, vakant yerlər haqqında məlumat almaq, müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçmək və s barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmışdır.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !