Rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi - +FOTOLAR ( AZpress.AZ - Ə.Mahir)

Rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi +FOTOLAR ( AZpress.AZ - Ə.Mahir)

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “28 May- Respublika günü”nə həsr olunmuş rəssamlıq istedadına malik olan uşaqların yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə elan olunmuş “AZƏRBAYCANIM” II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərcivəsində təşkil olunmuş müsabiqənin yekun sərgisi yaş qrupları üzrə 12-17 yaş arası uşaqlar üçün 21 may 2019-cu il saat 16:00-da baş tutdu.Müsabiqəyə yaş kateqoriyası üzrə ümumilikdə 1065 uşaq əsər göndərmiş və ilkin seçimdə 12-17 yaş arası uşaqların 170 əsəri sərgiləndi.O cümlədən, “YURDUMUZA BAHAR GƏLİR” uşaq rəsm müsabiqəsindən seçilmiş hər yaş kateqoriyasından 10 əsər, həmçinin “MƏNİM ŞAMAXIM” müsabiqəsindən seçilmiş 33 əsər nümayiş olunmaq üçün dəvət olunmuşdur.O cümlədən, “YURDUMUZA BAHAR GƏLİR” uşaq rəsm müsabiqəsindən seçilmiş hər yaş kateqoriyasından 10 əsər, həmçinin “MƏNİM ŞAMAXIM” müsabiqəsindən seçilmiş 33 əsər nümayiş olunmaq üçün dəvət olunmuşdur.

 

Sərgilənən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq həmçinin müxtəlif təşkilatların nominasiyalar üzrə mükafatlandirildilar.

Müsabiqədə Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, 4 Nömrəli UİM, Vəfa Art Studiya, 1Nömrəli UGİM, Sumqayıt Ə.Bakıxanov adına UİM, 108 nömrəli tam orta məktəb, Yeni Nəsil Tədris Mərkəzi, Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbi, 1 saylı UİM, Şamaxı Şəhər Uşaq Rəssamlıq Məktəbi, Rəngli Duyğular Rəsm Studiyası, Şəki Şəhər Uşaq Rəssamlıq Məktəbi, Respublika UİM, Bilik Yolu Tədris Mərkəzi və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.

 

1. Həmrəyliyə çağırış – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
2. Məktəb həyatı – Azərbaycan Respublikası Təhsil Nazirliyi
3. Dostluq mövzusu – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
4. Maraqlı ideya – Azərbaycan Dövlət Rəsm Qalereyası
5. Vətənin tərənnümü – Xətai Rayon İcra Hakimiyyəti
6. Mövzu seçimi – Azərbaycan Rəssamlar İttifaqı
7. Rəng həlli – Xətai Sənət Mərkəzi
8. Vətənpərvərlik mövzusu – Naxçıvan MR Bakıdakı Nümayəndəliyi
9. Təbiət mövzusu – Az Tv
10. "Nəsimi İli"nə töhfə – Lider TV
11. Qəhrəmanlıq mövzusu – Yeni Gallery
12. Ən yaxşı kompozisiya həlli – Bakı gallery
13. Obraz təsviri –Sənətşünaslar birliyi
14. Ən yaxşı işıq və kölgə həlli – İncəsənət Kolleci
15. Əsərə çəkilmiş illüstrasiya – Şərq-Qərb Nəşriyyat Evi

 

Festival üçün hər yaş qrupu üzrə 15 əsər olmaqla ümumilikdə 30 əsər seçilərək və həmin əsərlərin müəllifləri festivala dəvət olunacaq və qaliblər mükafatlandırılacaq.
Mükafatlandırma fondu:
I yer – stol molbert və yağlı boya dəsti
II yer – molbert və akril dəsti
III yer – planşetli molbert və sulu boya dəsti
Həvəsləndirici mükafat 10 nəfər – yağlı boya dəsti
• Festivalın gündəliyi:
10.00 – Canlı şəkil çəkmək
11:30 – Furşet
12:00 – Muzeyə getmək
14:00 – Günorta yeməyi
15:30 –Musiqili Mükafatlandırma mərasimi və festivalın bağlanışı
• Bağlanış Xətai Sənət Mərkəzində keçiriləcək və festival iştirakçıları əlavə diplomla təltif olunacaq. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )