Beynəlxalq Mətbuat Mərkəzində Türkiyə-Azərbaycan adlı mahnının təqdimatı olub - ViDEO+FOTOLAR ( AZpress.AZ - İ.Nəriman)

Beynəlxalq Mətbuat Mərkəzində “Türkiyə-Azərbaycan” adlı mahnının təqdimatı olub ViDEO+FOTOLAR ( AZpress.AZ - İ.Nəriman)

AZpress.AZ sayti xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra qonaqlar şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Musiqisi bəstəkar Sevinc Tofiqqızına, sözləri Almaz Əhmədovaya aid mahnını müğənni Sevinc Musayeva ifa edib. Bəstənin nümayişi üçün yığılan video-rolik qonaqlara nümayiş etdirilib.

Video rolikdə müğənninin görüntülərinin olmaması diqqət çəkib. Bundan əlavə, video rolikdə Türkiyənin məşhur “Savaşçı” serialında Azərbaycana ayrılan hissələrdən istifadə olunub. Lakin serialda rol alan azərbaycanlı aktyorlar Kənan M. M ilə Elvin Əhmədovun heç bir kadrı rolikdə göstərilməyib.

“Mahnıda qələbə ruhu var, insanları qələbəyə səsləyir. Bəstə Azərbaycan-Türkiyənin dostluğunun möhkəmlənməsinə həsr olunub. Mən də mahnını layiqincə ifa etmişəm. Video rolik də maraqlı alınıb. Mənim görüntülərimin orada olmaması barədə fikirlər səsləndirildi. Öncədən xəbərim vardı. Çünki bu klip deyil, sadəcə video rolikdir. Bu vacib deyil. Əsas odur ki, mahnı gözəldir və sevərək ifa etmişəm”-, deyə S. Musayeva bildirib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !