AZƏRBAYCANIM II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində təşkil olunmuş müsabiqənin yekun sərgisi... - +FOTOLAR ( AZpress.AZ - Ə.Mahir)

“AZƏRBAYCANIM” II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində təşkil olunmuş müsabiqənin yekun sərgisi... +FOTOLAR ( AZpress.AZ - Ə.Mahir)

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “28 May- Respublika günü”nə həsr olunmuş rəssamlıq istedadına malik olan uşaqların yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə elan olunmuş “AZƏRBAYCANIM” II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərcivəsində təşkil olunmuş müsabiqənin yekun sərgisi yaş qrupları üzrə
12 yaşa qədər uşaqlar üçün 20 may 2019-cu il saat 16:00-da baş tutdu. “YURDUMUZA BAHAR GƏLİR” uşaq rəsm müsabiqəsindən seçilmiş hər yaş kateqoriyasından 10 əsər, həmçinin “MƏNİM ŞAMAXIM” müsabiqəsindən seçilmiş 33 əsər nümayiş olunmaq üçün dəvət olunmuşdur.Müsabiqədə Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, 4 Nömrəli UİM, Vəfa Art Studiya, 1Nömrəli UGİM, Sumqayıt Ə.Bakıxanov adına UİM, 108 nömrəli tam orta məktəb, Yeni Nəsil Tədris Mərkəzi, Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbi, 1 saylı UİM, Şamaxı Şəhər Uşaq Rəssamlıq Məktəbi, Rəngli Duyğular Rəsm Studiyası, Şəki Şəhər Uşaq Rəssamlıq Məktəbi, Respublika UİM, Bilik Yolu Tədris Mərkəzi və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.Sərgilənən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundu. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !