Nəsiminin 650 illiyi yubileyi Qırğızstanda yüksək səviyyədə qeyd edilib - (+FOTOLAR)

Nəsiminin 650 illiyi yubileyi Qırğızstanda yüksək səviyyədə qeyd edilib (+FOTOLAR)

TÜRKSOY Qırğızıstanın Manas Universitetində Nəsimin 650 illik yubileyini qeyd edir

 

Yubiley tədbirində Manas Universitetinin rektoru professor Səbahəttin Balcı Nəsiminin ədəbi irsindən, şairin öz dövrünün dərin poetik və fəlsəfi baxışlarının vəhdətindən danışıb. Qeyd edib ki, Nəsiminin yaradıcılıq irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik türk ədəbiyyat tarixində xüsusi mərhələdir. Orta əsrlər türk poeziyasının humanizm ideyaları ilə zənginləşməsində və yeni məzmun kəsb etməsində unudulmaz şairin xidmətləri ölçüyəgəlməzdir.
Yubiley tədbirində iştirak edən Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov çıxışında türk dünyasının ortaq mədəniyyətinin və ədəbiyyatının təbliğində mütəfəkkirlərin yubiley tədbirlərinin keçirilməsinin əhəmiyyətdən danışıb. Qarşıda gələn illərdə hər qardaş xalqların ədəbiyyatının öyrənilməsinin vacibliyini qeyd edib.
Tədbirdə iştirak edən Manas Universitetinin birinci prorektoru Asılbek Kulmurzayev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin öz dövrünün mədəniyyət mərkəzləri olan Azərbaycan, İran, Türkiyə, İraq, Suriya şəhərlərini gəzərək öz idayelarını bu bölgələrdə şeirləri vasitəsilə insanlara çatdırmaq missiyasında danışıb.
Nəsiminin yibuley tədbirində TÜRKSOY adından Manas Universitetinin rektoru professor Səbahəttin Balcı səfir və Azərbaycanın diplomatı Hidayət xatirə medalı təqdim olunub.

 

                                                                                   ***

 

Nəsiminin 650 illiyi yubileyi Qırğızstanda yüksək səviyyədə qeyd edilib


Qırğızstanın Bişkek şəhərində Alıkul Osmonov adına Qırğızstan Milli kitabxanasında İmadəddin Nəsiminin 650 illiyi yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.
Qırğızıstan ictimaiyyəti və ziyalılarından ibarət ali vəzifəli şəxslər, səfirlər, diplomatik korpusun məsul əməkdaşları, görkəmli ədəbiyyatçılar, QHT və KİV təmsilçiləri əvvəlcə Milli Kitabxanasının foyesində Azərbaycan Milli Kitabxanasının fondundan gətirilən Nəsiminin əsərlərindən ibarət kitab sərgisini ziyarət edib, İmadəddin Nəsimi haqqında qısa sənədli filmə baxıblar. Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi yubileyinə həsr olunmuş tədbirin keçirilməsinin əlamətdar hadisə adlandırıb.
Azərbaycan Respublikasının Qırğızstan Respublikasında səfiri Hidayət Orucov öz çıxışında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əlli il bundan öncə Nəsiminin 600 illiyi yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edildiyini ,ölməz əsərləri dünya dillərinə çevirildiyini söyləyib. Həmin yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin möhtəşəm heykəli ucaldıldığını, şair haqqında məşhur bədii filmin çəkildiyini xatırlayıb. Bu il isə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan edilib.
TÜRKSOY-un nümayəndələri Kocogeldi Quliyev və Elçin Qafarlı çıxış edərək dahi sənətkar Nəsiminin əsərlərinin hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada geniş şöhrət tapdığını bildiriblər. Onun irsinin geniş araşdırılaraq tədqiq edilməsini və əsərlərinin türk xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmasını vacibliyindən danışdılar.

Tədbirdə iştirak edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və akademik Teymur Kərimli, TÜRKSOY-un nümayəndələri Kocogeldi Quliyev və Elçin Qafarlı, Qırğız-Rus Slavyan Universitetinin İranşünaslıq Mərkəzinin direktoru Məlahət Məmmədova, türk yazıçı-araşdırmaçı Kenan Çarboğa, qazax şairi Dauletbek Baytursunlu, başqırd şairi Tamara Yuldaşeva İmadəddin Nəsiminin yaradıcılığı, çox mürəkkəb və ziddiyyətli həyat yolu keçdiyini, Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoyduğunu, XV əsrdən etibarən bütün türk ədəbiyyatına güclü təsir göstərdiyini, əsərlərinin əlyazma şəklində geniş yayılaraq, dünyanın bir sıra mötəbər kitabxanalarında saxlanıldığını söylədilər.
Tədbirin bədii hissəsində Nəsiminin şerləri müxtəlif dillərdə (başkir, rus, qazax, qırğız və s. ) oxundu, ecazkar Azərbaycan və qırğız musiqisi səsləndi.
Qeyd edək ki, Nəsimin 650 illik yubileyinə həsr olunmuş tədbir Azərbaycan Respublikasınının (AR) Mədəniyyət, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliklərinin, TÜRKSOY-un, AR-ın Qırğız Respublikasında Səfirliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !