Xətai Sənət Mərkəzində Yay tətilim mövzusunda tədbir həyata keçirildi - +FOTOLAR ( AZpress.AZ - İ.Nəriman)

Xətai Sənət Mərkəzində “Yay tətilim” mövzusunda tədbir həyata keçirildi +FOTOLAR ( AZpress.AZ - İ.Nəriman)

https://www.facebook.com/groups/232461030668048/ 

 

2019-cu il, may ayının 18-də, saat 17:00-da Xətai Sənət Mərkəzində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının dəstəyi, AQSIA-nin Sosial Məsələlər Komisiyasının rəhbəri Gülnarə Xəlilovanın təşkilatçılığı ilə “Qızıl Ay” İncəsənət Mərkəzinin rəssamlarının “Yay tətilim” mövzusunda tədbiri həyata keçirildi.
Tədbir Memarlar və Rəssamlar İttifaqının üzvü, memar-dizayner, eyni zamanda “Qızıl Ay” İncəsənət Mərkəzinin rəhbəri Yeganə Abdullayeva tərəfindən idarə olundu.
Sərgi ilə yanaşı “Kids Fashion Design” adlı layihə çərçivəsində dəb nümayişi də təşkil olundu. Layihə zamanı sərgidə iştirak edən uşaqlar tərəfindən çəkilən moda eskizləri əsasında tikilmiş yay fəslini xatırladan geyimlər də təqdim olundu. Həmin geyimləri təqdim edən kiçik modellər eyni zamanda öz geyimlərinin modelyeri idilər. Dəb nümayişinin təqdimatını isə 6-cı sinif şağirdi Səma Abdullayeva keçirdi.
Sərginin keçirilmə məqsədi müasir dövrdə  uşaqlarda planlı addım atmaq, bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularını inkışaf etdirmək, əhatə olunmuş mühitə  münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, ən əsas da doğma elə, ata-baba yurduna, vətənə - onun tarixinə, bu gününə məhəbbəti aşılamaq idi.
Dəb nümayişinin təşkilində isə məqsəd uşaqlarda özünüifadə və özünü-təqdimat bacarığını inkişaf etdirmək olmuşdur. Uşaqların hazırladıqları geyimlərdəki rəng harmoniyası, yay fəslinə aid atributlardan və formalardan istifadə edərək qurduqları kompozisiya onların şəxsi fikirlərinin təcəssümü idi.
Sözügedən tədbirdə AQSİA-nın Sosisal Məsələlər Komisiyasınınn rəhbəri, Azerbaycan Milli Geyim Merkezinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilova, Rəssamlar İttifaqının nümayəndələri – Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Xalq Rəssamı,  Sənət uğurlarına görə "Hümay" mükafatçısı. Arif Hüseynov, Əməkdar Rəssam Bəxtiyar Muradov həmçinin kütləvi informasiya vasitələrinin mənsubları iştirak edirdi.  Sərgidə 60 şagirdin rəsm əsərləri, 20-dən çox geyim nümunəsi nümayiş olundu.
Sərgidə tədbir iştirakçıları sertifikat və hədiyyələrlə təltif olundular.
Tədbirin sonunda Səma Abdullayeva özbək rəqsi ilə tamaşaçıları feyziyab etdi.
Tədbirimizi yayımlandırdığına görə ATV, LIDER TV Televiziya kanallarına, Azərtag, AZpress.AZ yayım şirkətinə təşəkkür edirik!

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !