...o pulu...gündə bir sponsor tapan qızlar verə bilər ... - - Elçinin "dinc" durmayan dilindən

...o pulu...gündə bir sponsor tapan qızlar verə bilər”... - Elçinin "dinc" durmayan dilindən

https://www.facebook.com/groups/2159698127577601/ 

 

Müğənni Zeynəb Dostəliyeva “Bizimləsən” verilişində qonaq olarkən televiziyaların dəvət etdikləri qonaqdan iri məbləğdə pul istəməsindən danışarkən deyib: “Məni indi verilişə təmənnasız çağırmısınız. Kanallar var ki, deyəndə elə qiymət oxuyurlar ki, o pulu ancaq yaxşı, gündə bir sponsor tapan qızlar verə bilər”.


P.S. Zeynəb xanım, heç səndən gözləməzdim. Necə yəni, “o pulu ancaq yaxşı, gündə bir sponsor tapan qızlar verə bilər”. Sənin sözündən belə çıxır ki, gündə efirlərdə gözlərimizi “mazol”, qulaqlarımızı yağır edən müğənni xanımlar, qızlar gündə bir sponsor tapır? Müğənni Rəqsanənin dediyi “sponsor səninlə yatıb-durmasa bir qəpik də verməz” sözlərini nəzərə alsaq, deməli, bizim şou-əhli xanımar gündə bir sponsor, yəni kişi dəyişir, hı mı? Mən şəxsən buna inanmıram. Bizim şou-əhli xanımlar abır-həyalarını nə qədər itirsələr də, Zeynəb xanım, onlar gündə bir kişi, yəni sponsor dəyişən arvadlara oxşamırlar axı. Maşallah olsun, hamısı aydan arı, sudan durudurlar.

 

Elçin Məmmədli

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !