Qobustanda təlimlər və epizootiya əleyhinə tədbirlər davam etdirilir - (+FOTOLAR)

Qobustanda təlimlər və epizootiya əleyhinə tədbirlər davam etdirilir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Qobustan rayonunda “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya, müalicə tədbirləri və təlim işləri davam etdirilir. Qeyd olunan tədbirlər və təlimlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Qobustan Rayon Baytarlıq İdarəsinin 12 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır. İdarə rayonun 1 şəhər və 26 kəndində saxlanılan 30000 baş iribuynuzlu, 190000 baş xırdabuynuzlu, 700 baş təkdırnaqlı heyvana və 74400 baş ev quşlarına baytarlıq xidməti göstərir.

Cari ilin müvafiq dövrü ərzində 30013 baş iribuynuzlu, 695 baş təkdırnaqlı və 185331 baş xırdabuynuzlu heyvanda qarayara, 30298 baş iribuynuzlu və 100428 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliklərinə qarşı peyvənd aparılıb. Bundan başqa cari ilin müvafiq dövrü ərzində 2432 baş sahibli itdə quduzluq, 850 baş iribuynuzlu və 950 baş xırdabuynuzlu heyvanlarda leptospiroz xəstəliyinə qarşı,129505 baş (“H” ştammı ilə) quş və 179635 baş cücədə (“La-sota“ ştammı ilə) nyukasl xəstəliyinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə əməl olunaraq həyata keçirilir.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 2235 baş iribuynuzlu heyvanlardan qan alınaraq seroloji müayinə edilib. Eyni zamanda vərəmə qarşı 3232 baş iribuynuzlu heyvanlarda allergik müayinə aparılıb.

May ayında iribuynuzlu heyvanlarda nodulyar dermatit və xırdabuynuzlu heyvanlarda dabaq (A,O tiplərinə qarşı) və çiçək xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirlərinə başlanılıb. May ayınin sonuna kimi həm iribuynuzlu heyvanlar arasında nodulyar dermatit, həm də xırdabuynuzlu heyvanlarda dabaq və çiçək xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin başa çatdırılması nəzərdə tutulub. Sonrakı aylarda iri və xırdabuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılacaq. Eyni zamanda iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), qoçlarda brusellyoz və epididemitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, rayonda epizootik tədbirlərlə yanaşı, əhali arasında maariflənmə və təlim işləri həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində aparılan təlim işi zamanı həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                               

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !