AQTA Abşeronda heyvandarlıqla məşğul olan sahibkarlarla görüş keçirib - (+FOTOLAR)

AQTA Abşeronda heyvandarlıqla məşğul olan sahibkarlarla görüş keçirib (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

Abşeron rayonunun Qobustan kəndində “Heyvan və insanlar üçün ümumi olan xəstəliklər də daxil olmaqla xüsusi təhlükəli və digər yoluxucu xəstəliklərin baş verməsi və yayılmasının qarşısının alınması mövzusunda heyvandarlıqla məşğul olan sahibkarlarla marifləndirici tədbir keçirilib.

 

Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçi Qara Qurbanov, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional bölməsinin rəisi Zaur Kərimov, Abşeron rayon Baytarlıq İdarəsinin rəisi Tahir Abdullayev, kəndin bələdiyyə sədri, icra nümayəndəsi və sahibkarlar iştirak ediblər

 

Zaur Kərimov, Qara Qurbanov, və Tahir Abdulov sahibkarların qarşılaşdıqları problemləri dinləyib, onların həlli yolları barədə fikir mübadiləsi aparıb, sahibkarları maraqlandıran suallara cavab veriblər. Bildirilib ki, sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçirilməli və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunmalıdır.

 

Sahibkarların diqqətinə çatdırılıb ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu istiqamətdə fəaliyyət göstərən subyektlər üçün lazım olan bütün köməkliklər, maarifləndirmə və tövsiyə xarakterli yardımlar həyata keçiriləcəkdir.

 

Sonda sahibkarlar onları narahat edən məsələlər barədə danışaraq öz fikir və təkliflərini diqqətə çatdırıblar.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !