BDU-nun Rus Mərkəzinin 10 illiyi ilə əlaqədar tədbir keçirilib - (+FOTOLAR)

BDU-nun Rus Mərkəzinin 10 illiyi ilə əlaqədar tədbir keçirilib (+FOTOLAR)

www.facebook.com/groups/250993438794052/ 

 

Bakı Dövlət Universitetinin 100 və universitetin Rus Mərkəzinin 10 illik yubileyi ilə əlaqədar BDU-da “Azərbaycan-Rusiya humanitar münasibətlərinin inkişafı” adlı tədbir keçirilib. Rektor Elçin Babayev Azərbaycan-Rusiya münasibətlərindən, siyasi, mədəni, sosial sahədəki əməkdaşlıq əlaqələrindən bəhs edib.“Rus dünyası” Fondu tərəfindən BDU-da açılan Rus Mərkəzinin fəaliyyətindən danışan rektor mərkəzin əsas məqsədinin rus dili və mədəniyyətini təbliğ etmək, xaricdə rus dilinin tədris olunması proqramlarını dəstəkləmək, mədəniyyətlərarası dialoqun inkişafı və xalqlararası qarşılıqlı anlaşmanın güclənməsi istiqamətində müxtəlif fəaliyyətlərə imza atmaq olduğunu bildirib.
Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikov Bakı Dövlət Universitetində Rusiya ilə elmi-humanitar əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. BDU-nun Rus Mərkəzi ilə səfirliyin əlaqələrindən məmnunluğunu ifadə edən səfir 10 illik yubiley münasibətilə təbriklərini çatdırıb, Azərbaycanın flaqman universiteti olan olan BDU-ya uğurlar arzulayıb, əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Rus Mərkəzinin müdiri Arzu Məmmədova mərkəzin fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Universitetin bir qrup əməkdaşı Rus Mərkəzinin işində fəal iştiraklarına görə Fəxri fərmanla təltif olunublar.
Tədbir BDU və Bakı Musiqi Akademiyasının birgə təşkil etdikləri konsert proqramı ilə yekunlaşıb.
Qeyd edək ki, tədbirdə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Petroviç Denisov, Rusiya (Sovet) ali məktəb məzunlarının Azərbaycan Assosiyasiyası İctimai Birliyinin sədri Üzeyir Əliyev, Bakı Musiqi Akademiyasının əməkdaşları da iştirak ediblər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !