Birinci rübdə Ağcabədidə əsas kapitala 14 milyon 887 min manat investisiya yönəldilib - + FOTOLAR (AZpress.AZ – İ.Mais)

Birinci rübdə Ağcabədidə əsas kapitala 14 milyon 887 min manat investisiya yönəldilib + FOTOLAR (AZpress.AZ – İ.Mais)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Bu ilin birinci rübündə Ağcabədi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 83 milyon 950 min 400 manat olub. Bu dövrdə 15 milyon 225 min 900 manatlıq sənaye, 27 milyon 994 min 200 manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 14 milyon 887 min 300 manat investisiya yönəldilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Ağcabədi rayonunda 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib. Hesabat məruzəsində bildirilib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, şəhər və kəndlərdə abadlıq-quruculuq işləri həyata keçirilib. Hazırda Ağcabədi şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının, avtovağzal kompleksinin, “ASAN xidmət” mərkəzinin, Salmanbəyli kəndində 432 şagird yerlik, Qaradolaq kəndində 264 şagird yerlik məktəb binalarının, Hüsülü kəndi ərazisində dənli bitki toxumlarının emalı müəssisəsinin, Boyat-Biləyən-Hacılar-Qaraxanlı kəndlərarası avtomobil yolunun tikintisi aparılır. Rüb ərzində rayon mərkəzində və kəndlərdə 30 min ədəd həmişəyaşıl və meşə ağacları əkilib.
Aqrar sahədə görülən işlərdən danışılarkən diqqətə çatdırılıb ki, Aşağı Avşar kəndində ət kəsimi məntəqəsi tikilib istifadəyə verilib, dövlət başçısının müvafiq Sərəncamına əsasən rayon ərazisində 16 ədəd subartezian quyusunun qazılması işlərinə başlanılıb. Rayon fermerləri tərəfindən 10 min 452 hektar sahəyə çiyid, 848 hektar sahəyə şəkər çuğunduru toxumu səpilib. Baramaçılıqla məşğul olan sakinlərə 1500 qutu ipəkqurdu toxumu verilib. Birinci rübdə 3057 ton ət, 32 min 763 ton süd, 3081 min ədəd yumurta istehsal olunub. Əvvəlki ilin eyni dövrünə nisbətən ət istehsalı 2,7 faiz, süd istehsalı 0,1 faiz, yumurta istehsalı 0,1 faiz artıb.
Yığıncaqda əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı istiqamətində görülən işlər ətraflı təhlil olunub, qazanılan uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs edilib.


Fotolar Toğrul İbrahimovundur

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !