MOTİVASİYA VƏ MOTİVASİYA EDİCİ KİTABLAR HƏR ZAMAN MOTİVASİYA EDƏ BİLİRMİ? - - Məhsəti Hüseynova yazır..

MOTİVASİYA VƏ MOTİVASİYA EDİCİ KİTABLAR HƏR ZAMAN MOTİVASİYA EDƏ BİLİRMİ? - Məhsəti Hüseynova yazır..

https://www.facebook.com/groups/1110444829106515/ 

 

Son illərdə gənclər arasında diqqətimi çəkən bir məqamı bu gün sizlərlə paylaşmaq istəyirəm. Müasir dövrümüzdə gənclərimizin əksəriyyəti həddindən artıq motivasiya mövzusunda kitabları oxuyub fərqli davranmağa çalışırlar. Lakin çoxları bu mövzunun ən mühim məqamını diqqətə almadan o kitabların ümumi məzmununa görə davranmağa başlayır. İlk olaraq qeyd etmək istərdim ki, motivasiya edici kitablar arasında demək olar ki, heç bir fərq yoxdur. Sadəcə hər birində kitabın müəllifi öz dünya görüşünə əsasən eyni mövzularda danışır. Bu kitablardan “ilhamlanan” təcrübəsiz gənclər demək olar ki, öz söz leksikonu tamamilə dəyişir və bir müddət sonra həmin gənclər hər işə başlaya biləcəklərini, heç kimdən qorxmayacaqlarını və həyatda hər şeyə hazır olduqlarını düşünürlər. Uzun müddət, özəl şirkətlərdə İnsan Resursları və kadrlar şöbəsində çalışdığımdan təcrübələrimə əsaslanaraq əminliklə deyə bilərəm ki, iş görüşmələrində və müsahibələrindəki dik duruşları, qəti bəyanatları, qorxusuz baxışları ilə bu kitabları oxuyanlar xüsusilə seçilir.

 

 

Dəyərli gənclər! Gəlin, birlikdə motivasiya kitabları və ümumilikdə motivasiya haqqında bir neçə vacib məqamları nəzərdən keçirək.

Tutaq ki, müharibə zamanı bir tankı partlatmaq üçün təbii ki, motivasiya lazımdır. Amma motivasiyalı 100 nəfər tankın altına gedərək öldüyü halda, 1 nəfər savadlı insan uzaqdan onu partladacaq, o motivasiyalı 100 nəfər də həmin yersiz motivasiyası ilə birlikdə havaya uçacaq. Həmin məqamda o motivasiyanın onlara faydası oldumu? Xeyr!

Eynilə də iş həyatında məsələ sadəcə motivasiya və həvəslə qurtarmır, bu işlərdə mütləq şəkildə bilik lazımdır, dəqiq bilik, uzun illərlə əldə edilən və daim yenilənən bilik!

Bu kitablardan təsirlənərək, özgüvənlə lovğalığı, ciddi və təcrübəyə əsaslanan biliyi simvolik olaraq ifadə edilən qısa cümlələrlə boş bəyanatları qarışdırmayın! Özgüvən yalnız sözlərdə və baxışlarda olmur, özgüvən insanın daxilində, ruhunda, şəxsiyyətində, qanında olmalıdır, və bu da, uzun illərin işidir, həyati təcrübələrlə əldə olunan bir şeydir. Bir neçə gün ərzində bir neçə kitabı oxumaqla əldə olunan bir çey deyil.

 

Unutmayın ki, motivasiyaedici kitablarda 300 səhifənin cəmi 1 səhifəsində ən vacib məqam yazılır. Və Siz bunun fərqinə varmağa çalışın. Bunları icra edin! İllərlə, aylarla, günlərlə... Özününzü inkişaf etdirməyin yollarını axtarın, araşdırın, öyrənin.

 

Bu kitablarda ən az yazılan və ən mühüm məqamlardan biri də məhz elə budur:

- İş həyatında güclü olmaq üçün ancaq motivasiya kifayət etmir, ancaq bilik və savad kifayət etmir, təəssüf ki, ancaq güc də kifayət etmir. Çünki bunların hamısı birlikdə olmalıdır və bəzən bilik ön plana çıxır, bəzən də psixoloji güc; bəzən isə daha çox nəaliyyətlər qazanmaq üçün riskli addımlar atmaqda motivasiya ön planda olur.

Nəhayət, ən əhəmiyyətli məsələyə toxunmaq istəyirəm və bunu Sizlərə motivasiya haqqında daima danışan bir Yaşam Koçu olaraq bildirmək istəyirəm ki, motivasiyaya çox da güvənməyin. Motivasiya vacibdir, amma sadəcə o yetərli deyil. Motivasiya ilə çox da uzağa getməzsiniz. Çünki gündəlik iş və şəxsi həyatımızda bizi zaman-zaman ruhdan salacaq çox məqamlar olur . Motivasiyadan daha da vacib olan həyatınızdakı bütün işlərinizdə nizam intizamdır, rejimli olmaqdır, çünki nə qədər də ruhdan düşsəniz də, Sizi məqsədlərə aparacaq işləri görmək üçün yalnız siz özünüzü məcbur edə bilərsiniz, yalnız siz, sizin nəyə qadir olduğunuzu bilirsiniz və yalnız siz, sizin nə ilə xoşbəxt olacağını müəyyən edə bilərsiniz.


Məhsəti Hüseynova,
Yaşam koçu, “Sağlam Qidalanma və Düzgün Həyat tərzi” üzrə mütəxəssis

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )