BDU İsrail universitetləri ilə əməkdaşlıq edəcək - (+FOTOLAR)

BDU İsrail universitetləri ilə əməkdaşlıq edəcək (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

İsrailin ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Avital Rosenberg Bakı Dövlət Universitetində olub.
Rektor Elçin Babayev universitet haqqında məlumat verib, təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyatı və beynəlxalq əlaqələri barədə yeni hədəflərindən danışıb, bu istiqamətdə İsrail universitetləri ilə əməkdaşlığa önəm verdiyini bildirib.
Avital Rosenberg universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib və səfirliyin bütün bu məsələlərə dəstək olacağını vurğulayıb.
Görüşdə tələbə-müəllim mübadiləsi, təbiət elmləri sahəsində birgə layihələrin hazırlanması barədə fikir mübadiləsi aparılıb, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğu vurğulanıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )