I BEYNƏLXALQ CAZ FESTİVALI və ELMİ-YARADICILIQ KONFRANSI - (+FOTOLAR)

I BEYNƏLXALQ CAZ FESTİVALI və ELMİ-YARADICILIQ KONFRANSI (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 6-8 may 2019-cu il tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ümumdünya səviyyəsində keçirilən caz bayramına qatılıb öz ilkin layihəsi – I Beynəlxalq Caz Festivalı və Elmi-Yaradıcılıq Konfransını gerçəkləşdirdi. Festival VIII Beynəlxalq Caz Günü çərçivəsində keçirilib, üç gün ərzində müxtəlif tədbirləri daxil etdi. İlk günlər gənc ifaçıların müsabiqəsi və caz konsertləri, son gün – mayın 8-də isə Elmi-Yaradıcılıq Konfransı və caz-vokal üzrə ustad dərsi keçirildi.

Beynəlxalq Caz Günü – UNESCO-nun sülhməramlı səfiri, dünya şöhrətli cazmen Herbi Henkokun və təşkilatın sabiq baş direktoru İrina Bokovanın təşəbbüsü ilə yaradılmış və ilk dəfə 2012-ci ildə Parisdə həyata keçirilmiş hadisədir. Bu, artıq bir ənənəyə çevrilmiş geniş əhatəli ümumdünya forumudur ki, məşhur caz ulduzlarının iştirakı ilə konsertləri, görüşləri, müzakirələri, ustad dərsləri, kino təqdimatlarını və digər tədbirləri daxil edir, eləcə də müxtəlif ölkələrdən qonaqları, cazsevərləri, həvəskarları toplayır.
Forumun keçirildiyi ilk gündən başlayaraq Azərbaycan bu dünyəvi ənənəyə qatılmışdır. 2012-ci ildə keçirilən ilk forumda Azərbaycanı “Henkokun Dostları” proqramına daxil edilmiş azərbaycanlı gənc cazmen, respublikanın əməkdar artisti İsfar Sarabski və bəstəkar, pianoçu, “Bakustik Jazz” qrupunun rəhbəri, respublikanın xalq artisti Salman Qəmbərov təmsil etmişdir.

Festival çərçivəsində keçirilən gənc ifaçıların müsabiqəsi iki gün – 6-7 may davam etmişdir. Müsabiqənin münsiflər heyətinə respublikanın əməkdar incəsənət xadimi, saksofonçu, caz sənətimizin veteranlarından biri Rafiq Seyidzadə, tanınmış caz ifaçısı, respublikanın əməkdar artisti, “Bakustik Jazz” qrupunun rəhbəri Salman Qəmbərov, BMA-nın tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva və BMA-nın “Xor dirijorluğu” kafedrasının müəllimi, “Səs” müsabiqəsinin rəsmi treneri Dmitri Babayev daxil olmuşlar. İki yaş qrupu üzrə keçirilən bu müsabiqədə cəmi 36 məktəbli iştirak etmişdir. Respublikamızın Yevlax kimi bölgəsindən və Gəncə, Sumqayıt, Bakı şəhərlərindən gələn iştirakçılar arasında 21 laureat, 7 diplomant seçilmiş, digər iştirakçılar isə festivalın sertifikatı və hədiyyələr ilə təltif olunmuşlar.

May ayının 6 və 7-i baş tutan caz konsertləri böyük sayda dinləyiciləri toplamışdır. BMA-nın nəzdindəki Opera studiyasının səhnəsində baş tutan konsertlər respublikanın ən qabaqcıl caz qruplarının və solo ifaçıların iştirakı ilə keçmişdir. 6 may bəstəkar və caz ifaçısı, hal-hazırda azərbaycan cazını Fransada təmsil edən Etibar Əsədli, beynəlxalq müsabiqələr laureatı Əfqan Rəsul və istedadlı caz pianoçusu, bəstəkar Elbəy Məmmədzadə, eləcə də kontrabas və bas-gitara ifaçısı, respublikanın əməkdar artisti Ruslan Hüseynovun və Elvin Bəşirovun iştirakı ilə keçib, dinləyicilərin rəğbətini qazanmışdır.

7 may – festivalın daha iki caz konserti keçirilmişdir. BMA-nın böyük zalında baş tutan konsertin iştirakçıları – beynəlxalq müsabiqələr laureatları – pianoçular Fəqan Həsənli və Tural Qasımlı öz heyətləri ilə çıxış etmişlər. Konsertin sonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə-Nümunəvi Orkestri nəzdində Estrada heyətinin çıxışı (bədii rəhbər və dirijor – respublikanın əməkdar incəsənət xadimi Rüfət Axundzadə) böyük caz və estrada proqramı təqdim edərək, dinləyicilər tərəfindən alqışlanmışdır.

7 may tarixində BMA-nın Opera-studiyasında yetkin və gənc ifaçıların, çağdaş heyətlərin iştirakı ilə daha bir caz axşamı baş tutmuşdur. Arslan Növrəslinin etno-caz ansamblı, caz fəaliyyətinə yenicə başlamış pianoçu Nicat Aslanovun triosu və müğənni, beynəlxalq müsabiqələr laureatı, caz müğənnisi Nərmin Məmmədli, daha bir gənc ifaçı, pianoçu Pərviz Məmmədovun etno-caz heyəti, sonda isə respublikanın əməkdar artisti, Beynəlxalq Caz Gününün Azərbaycan tərəfindən rəsmi iştirakıçısı, “Herbi Henkokun Dostları” cəmiyyətinə daxil edilmiş caz pianoçusu və bəstəçisi İsfar Sarabski öz sənət dostları – Ruslan Hüseynov (kontrabas) və Elvin Bəşirov (zərb alətləri) ilə konserti tamamlamışdır.
I Beynəlxalq Festivalın davamı – 8 may keçirilən I Beynəlxalq Elmi-Yaradıcılıq Konfransı olmuşdur. Konfrans “Beynəlxalq Caz Günü ənənəsi” mövzusu ətrafında məsələlər dairəsinə əsaslanıb, bu dünyəvi caz hadisəsinin mədəni və sosial cəhətlərinə, caz ifaçılığında gender problemlərinə, dünya və Azərbaycan qadın caz ifaçılarının fəaliyyətinə həsr edilmişdir. Konfransda Ü.Hacıbəyli adına BMA-nın, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun müəllim və dissertantları iştirak etmişdir.

Konfransın məntiqi davamı olan caz vokal üzrə ustad dərsi – caz müğənnisi, pedaqoq, İngiltərənin Gildholl Musiqi və Dram Məktəbinin məzunu olan Səbinə Hacıyevanın və beynəlxalq müsabiqələrlə caz festivallar laureatı Əfqan Rəsulun iştirakı ilə böyük müvəffəqiyyətlə müəllim və tələbə heyəti tərəfindən qarşılanmışdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !