Bank BTB ASC Biznesin yaradılması və idarə edilməsi mövzusunda təlim keçirib -

Bank “BTB” ASC “Biznesin yaradılması və idarə edilməsi” mövzusunda təlim keçirib

https://www.facebook.com/groups/250993438794052/ 

 

Fərdi sahibkarlıqla məşğul olmaq arzusunda olanlar üçün Bank “BTB” ASC “Biznesin yaradılması və idarə edilməsi” mövzusunda təlim təşkil edib. Təlimdə “Müstəqil həyat tərzi” Əlilliyi olan insanlara dəstək İctimai Birliyinin üzvləri iştirak ediblər. Təlimin aparılmasıüçün bank tərəfindən Beynəlxalq Əmək Təşkilatının baş təlimçisi Turan Əsgərov cəlb edilmişdir.
Qeyd edək ki, təlim vaxtı iştirakçılar biznes ideyanın yaradılması, inkişafı, biznes planının yazılması, satış planının və tədarük planının müəyyən edilməsi, investisiya həcminin müəyyən olunması, maya dəyərinin hesablanması və digər maraqlı mövzular haqqında məlumat aldılar.
Bank əməkdaşları tərəfindən isə Bankda hesab açma, Asan imza və İnternet bankçılıq haqqında məruzələr aparıldı.
Təlim iştirakçıları təlimin yekununda ideyaları ətrafında hazırlanmış biznes planla təmin olundular. Əlavə olaraq təlim iştirakçılarına Bank “BTB” ASC-nin daxilində müəyyən hədiyyə vəsaiti olan debet kartları və sertifikatlar təqdim olundu.
Bank BTB ASC-nin İdarə heyətinin sədri Emil Rzayev təlim iştirakçıları ilə görüş zamanı bildirdi ki: “Bank BTB ASC fərdi sahibkarlıqla məşğul olmaq arzusunda olan vətəndaşlara dəstək olmağa hazırdır. Həssas və daha çox diqqətə ehtiyacı olan təlim iştirakçılarımıza bu gün biznes ideyalarını sınaqdan keçirmək fürsətini yaratmışıq. “Biznesin yaradılması və idarə edilməsi” təliminin iştirakçılarının hər biri artıq bir maliyyə tərəfdaşı kimi Bank BTB-yə arxalana bilərlər.”
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !