Bakı Avropa Liseyi Avropa Günü -nü təntənəli qeyd etdi - + FOTOLAR (AZpress.AZ – B.Əqdəs)

Bakı Avropa Liseyi “Avropa Günü”-nü təntənəli qeyd etdi + FOTOLAR (AZpress.AZ – B.Əqdəs)

Bakı Avropa Liseyinin təşkil etdiyi R. Behbudov adına Mahnı Teatrında Avropa Gününə və Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi. “Avropa Günü” Avropa Birliyi ölkələrində hər il  keçirilən sülh və birlik bayramıdır. Bu bayram avropalılar arasında birliyin gücləndirilməsi üçün yaradılmış Avropa simvollarından biridir. Tədbirin məqsədi qonaqları müxtəlif dövlətlərin unikal birliyi olan Avropa İttifaqının xüsusiyyətləri, Avropa mədəniyyətinin nailiyyətləri, Avropa dəyərləri və dünya sivilizasiyasında Avropanın rolu ilə tanış etməkdir.Orijinal fəlsəfi, yumor və istehza ilə dolu, ədəbi-musiqi performansda Bakı Avropa Liseyinin şagirdləri Avropa Birliyinin çoxşahəli mədəni məkanını təqdim etdilər. Bakı Avropa Liseyinin şagirdləri dir daha tamaşaçıları öz istedadları ilə təəccübləndirdilər. Bayramın qonaqları gənc aktyorların, müğənnilərin, rəqqasların ifasına heyran qaldılar. Tədbirdə liseyistlər ilk dəfə olaraq Avropa Birliyinin himnini Azərbaycan dilində ifa etdilər. Tədbirin qonaqları gənc artistləri gurultulu alqışlarla təbrik etdilər. Tədbirdə Avropa Birliyinin nümayəndələri və digər tanınmış qonaqlar iştirak ediblər. Bu unikal performans geniş bir rezonansa malik oldu və tamaşaçılardan ən yüksək qiymət qazandı. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !