"HEYDƏR ƏLİYEV- AZƏRBAYCAN GƏNCLƏRİNİN İLHAM MƏNBƏYİ" ADLI TƏDBİR KEÇİRİLDİ - (+FOTOLAR)

"HEYDƏR ƏLİYEV- AZƏRBAYCAN GƏNCLƏRİNİN İLHAM MƏNBƏYİ" ADLI TƏDBİR KEÇİRİLDİ (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun və birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində Heydər Əliyevin 96-cı il dönümünə həsr olunmuş “Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi” adlı tədbir keçirilib. Tədbirdə Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkili Şahin İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və “Space” Müstəqil Teleradio Şirkətinin prezidenti, kino rejissor Vaqif Mustafayev, 300-dən çox gənc və gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

İlk olaraq tədbir iştirakçıları və qonaqlar Ümummilli lider Heydər Əliyevin Bakı Gənclər Mərkəzinin foyesindəki büstünün önünə gül dəstələri qoyub, Ulu öndərin xatirə muzeyi ilə tanış olublar. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra gənclərin iştirakıyla keçirilmiş Heydər Əliyevin 96-cı il dönümünə həsr olunmuş fləşmobun qısa video çarxı və gənclər təşkilatlarının birgə hazırladığı Ümummilli liderə həsr olunmuş video material nümayiş olunub. Çıxış edən tədbir iştirakçıları Heydər Əliyevin misilsiz xidmətlərindən, onun gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıblar.

Xalq artisti Vaqif Mustafayev Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Sonda Vaqif Mustafayevin Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !