Beynəlxalq Keramika Simpoziumuna sayılı günlər qaldı - (+FOTOLAR)

Beynəlxalq Keramika Simpoziumuna sayılı günlər qaldı (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Respublikanın əsas turizm regionlarından biri olan Şəki şəhəri və orada fəaliyyət göstərən unikal “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi keramika sənəti sevənləri qarşılamağa hazırlaşır.

20 may – 2 iyun 2019-cu il tarixində Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində baş tutacaq “Təbiətdən Tarixə” Beynəlxalq Keramika Simpoziumunda bir çox ölkələrdənpeşakar keramistləriştirak edəcək. 2 həftə davam edəcək Simpozium zamanı iştirakçılar layihənin kuratoru məşhur keramist Mir Teymur Məmmədovun başçılığı ilə heykəltaraşlıq kompozisiyaları üzərində çalışacaq.

Simpoziumda iştirak üçün dünyanın 22 ölkəsindən çox müraciətlər qəbul edilib. İştrakçıların qeydiyyatı tədbirin rəsmi veb-saytı (https://ceramicsymposium.org/az/) vasitəsilə aparılıb.

Seçim prosesi əsasında 14 ölkədən 26 sənətkar-keramist seçilib. Beləliklə, Simpoziumda iştirak edəcək ölkələr: Türkiyə, Rusiya, Ukrayna, Polşa, Çexiya, Latviya, İraq, Norveç, Brazilya, Tunis, Banqladeş, İordaniya, Qırğızıstan, Monqolustan müəyyən edilib.

Qeyd edək ki, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi Azərbaycan Resplublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2018-ci ilin oktyabrın 29-u baş tutub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !