Azərbaycanlı fotoqraflar beynəlxalq foto müsabiqədə 13 mükafat qazanıblar - (+FOTOLAR)

Azərbaycanlı fotoqraflar beynəlxalq foto müsabiqədə 13 mükafat qazanıblar (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

“Gilavar” Azərbaycan Foto Klubunun təşkilatı dəstəyi keçirilən daha bir beynəlxalq foto müsabiqəyə yekun vurulub. Foto müsabiqə 3 ölkədə – Azərbaycan, Monteneqro və Makedoniyada dairəvi sistem üzrə keçirilib.
Beynəlxalq Fotoqrafiya İncəsənəti Federasiyası (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) xüsusi icazəsi ilə keçirilən SPRING CLICKS 2019 adlı foto müsabiqəyə 56 ölkədən 315 fotoqraf 4 mindən artıq foto təqdim edib. Sərbəst rəngli və sərbəst ağ-qara, səyahət və təbiət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, Serbiya, Makedoniya və Monteneqrodan olan 9 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb. Münsiflər arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) foto müxbiri, beynəlxalq dərəcəli fotoqraf İlqar Cəfərov və “Gilavar” foto klubunun həmsədri, “İdman” qəzetinin foto müxbiri Dilavər Nəcəfov da yer alıb.
Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 507 mükafata 208 fotoqraf, o cümlədən Azərbaycandan olan fotoqraflar Rəşad Mehdiyev, Kərim Abbasov, Ramil Zeynalov, Şahin Sərdarov, Aleksandr Firstov, Orxan Əzimov və Nadejda Cavadova layiq görülüb. Nəticədə isə azərbaycanlı fotoqraflar tərəfindən toplam 13 mükafat əldə olunub. Müsabiqənin ən yaşxılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.
Qeyd edək ki, “Gilavar” Azərbaycan Foto Klubunun əsas məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların beynəlxalq foto müsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır. Bütün bu işlərin nəticəsi olaraq ötən illərə nisbətən son iki ildə beynəlxalq foto müsabiqələrdə iştirak edən fotoqrafların sayı, eləcə də qazanılan mükafatların sayı artır.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !