Cəzaçəkmə müəssisəsində Məhkuma kitab payı aksiyası keçirildi - (ViDEO+FOTOLAR)

Cəzaçəkmə müəssisəsində “Məhkuma kitab payı” aksiyası keçirildi (ViDEO+FOTOLAR)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Asiya İnformasiya Agentliyi “Məhkuma kitab payı” adlı aksiya çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə 6 saylı cəzaçəkmə müəssisəsində görüş keçirib.

AZpress.AZ xəbər verir ki, 4 mart 2019-cu il tarixində keçirilən görüşdə Millət vəkilləri, yazıçılar, ziyalılar məhkumlara öz tövsiyələrini verərək, gələcək həyatlarında onlara uğurlar arzu edib, bir daha yollarının belə yerlərə düşməmələrini arzu ediblər.

Yazıçılar öz imzalı kitablarını, tədbir təşkilatçıları 500-dən artıq müxtəlif növ kitab və jurnalları məhkumlara hədiyyə ediblər.

Aksiya Cəzaçəkmə Müəssisələrində kitabxanaların zənginləşdirilməsi, cəza çəkən məhkumların maariflənməsi, asudə vaxtlarının səmərəli keçirməsi, azdlığa islah olunmuş vətəndaş kimi qayıtmalarına kömək məqsədi daşıyır.

Asiya İnformasiya Agentliyinin təsisçisi və baş direktoru Cəfər Cəfərov AZpress.AZ-a açıqlamasında bildirib ki, bu kimi hədiyyələr digər cəzaçəkmə müəssisələrinə də aparılacaq.

 

Sima Babayeva

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !