İpək yolunda Qobustan. İncilərin rəqsi ... - + FOTOLAR (AZpress.AZ – İ.Rüstəm)

“İpək yolunda Qobustan. İncilərin rəqsi”... + FOTOLAR (AZpress.AZ – İ.Rüstəm)

https://www.facebook.com/groups/232461030668048/ 

 

AZpress.AZ xəbər verir ki, 03.05.19 tarixində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Qobustan Milli Tarixi-Bədii Qoruğunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “İpək yolunda Qobustan. İncilərin rəqsi” qeyim kolleksiyasının nümayışı kecirilmişdir. 2000 il ərzində Qərblə Şərqi birləşdirən Böyük İpək yolunun bərpa təşəbbüsünü dəstəkləyən bu layihə ADMİU-nun Dizayn və Dekorativ-təbiqi sənət kafedrasının dosenti Aysel Əzizovanın rəhbərliyi ilə Geyim dizaynı ixtisaslaşması üzrə təhsil alan II, III,IV təhsil ilinin tələbələri tərəfindən hazırlanan 40 qeyin nümunələrində öz əksini tapmışdır. İncilər qismində təqdim olunan modellər İpək yolunda tarixən mövcud olan mədəniyyətlərin ortaq rimlərinə, məqamlarına əsaslanır. Ümumi konsept ənənəvi formaların müasir modada interpretasiyasıdır. Burada üç mövzunun vəhdəti əks olunmuşdur. Bədii məkan olaraq Çin, Azərbaycan, Osmanlı Türkiyəsi seçilmişdir. Gələçək modelyerlərimiz Böyük İpək yolunda yerləşən her bir mədəniyyətə məxsus ənənəvi inciləri - çıçək simvollarını, Çinin pionunu, Osmanlı laləsini və, Azərbaycanın Xarı bülbülünü leytmotiv qismində istifadə edərək, onların çalarlarını, formalarını təqdim etdikləri qeyimlərdə canlandırıblar. Nümayişı yekunlaşdıran və üç kolleksiyanı birləşdirən mövzu isə Qobustandır. Tələbələr son kolleksiyanı işləyərkən, dəri, xəz, kətan materiallarından istifadə ediblər. İbtidai dövrün universallığı, sinkretikliyi amilinə əsaslanaraq, burada geyimin formalaşmasının ümumbəşər prinsipləri tətbiq edilib. İbtidai üslub zamandan asılı olmayaraq aktualdır və daim dizaynerlərin təxəyyülünü qıcıqlandırır, dünyagörüşünün ekoloji aspektlərinə, vizual brutallığa, və həttə gender rollarının təbiətinə olan meylləri açıqlayır. Sadə biçimlər, bilərəkdən işlənən səliqəsizlik, kobudluq, assimmetrik formalar, xəz və dərinin ibtidai fakturası paleolitik assosiasiasiyalar oyadır. Qeyd olunan meyllər hippi submədəniyyətində xüsusi yer almışdır, 1990-cı illərdən isə dünya moda sənayəsində tətbiq edilmışdır. Belə ki, 1994-cı ildə Vivyen Vestvud xəzdən hazırlanmış bikinini podiumda təqdim etməklə, moda dünyasına yenilik gətirmişdir. “İpək yolunda Qobustan. İncilərin rəqsi” kolleksiyasısında qaya rəsmlərinin tanınan simaları, Yallı, Yeddi gözəl, qayıqlar motivləri, Günəş rəmzləri incə fakturalı materialların, ipəklərin, şifonun üzərində interpretasiya edilmışdır. Aparıcı aksentlər aksesuarlara, xüsusi ilə baş qeyimlərinə, qrim və döymə elementlərinə yönəlmışdır. Burada zoomofr, fentezi, horror üslublarının elementləri tətbiq edilmişdir. Qayaların fonunda izlənən nümayış təbii vəhdət və eyni zamanda futuristik təəsüratlar yaradaraq, qoruğun qonqaları, turistlər tərəfindən maraqla qarçılanmışdır.

Tədbirdə Qobustan Milli Tarixi-Bədii Qoruğunun müdiri Vüqar İsayev, ADMİU-nun prorektoru Gülşən Əliyeva, Rəssamlıq Fakültəsinin dekanı Sevil Kərimova, Dizayn və Dekorativ tətbiqi sənət kafedrasının müdiri, Xalq rəssamı Arif Əziz, ADMİU-nun dosenti, modelyer Fəxriyyə Xələfova çıxış etmişdirlər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !