Sankt-Peterburq şəhərində yerləşən "Spas na krovi"abidə-qoruqdan reportaj - +ViDEO+FOTOLAR (Peterburq - Fizuli Cavadzadə, Sədail Həbibov - AZpress.AZ)

Sankt-Peterburq şəhərində yerləşən "Spas na krovi"abidə-qoruqdan reportaj +ViDEO+FOTOLAR (Peterburq - Fizuli Cavadzadə, Sədail Həbibov - AZpress.AZ)

Bu gün,hava şəraitinin "qaş-qabaglı"olması,(baxmayaraq ki,belə hava şəraiti bu şəhər üçün səciyyəvidir)may tətillərinin əhval ruhiyyəsinə qətiyyən xələl gətirməyib.
"Sankt-Peterburq şəhərində yerləşən abidələr"silsiləsindən,növbəti reportajım, xram "Spas na krovi"abidəsi barəsində olacaqdır.Bu xram,turistlər tərəfindən dünyada ən çox ziyarət olunan,mədəni abidə kimi, birinci onluga daxildir.Şəhər də isə,ən çox diqqət mərkəzınə düşən beş abidədən biridir.Onun yerləşdiyi coğrafi ərazi,gələn turistlərin işini biraz da rahat edir.Nevskiy prospekt ilə"Nabrejnıy kanal Qribayedova"çayının kəsişməsində yerləşən,insana nagıllar aləminin bir parçasını xatırladan, dünya şöhrətli bu abidənin, çox qəribə tarixçəsi vardır.Əsası 1907-ci ildə istifadəyə verilən bu abidənin tikilməsinə səbəb,İmperator ikinci Aleksandrın,həmən yerdə faciəli sürətdə həlak olması əsas gətirilir.Həmən ildə,şəhər Duması,oglu, üçüncü Aleksandra müraciət edərək,bu qiymətsiz abidənin inşası üçün, onun fərman verməsini gözlədiklərini bildirlər.Bu da,özünü çox gözlətmir.Üçncü Aleksandr, taxt-taca sahib olandan sonra,İmperator kimi atasının adını belə əbədiləşdirir.1918-ci ilə qədər Kilsə kimi fəaliyyət göstərən bu tikili, sonradan mədəni kütləvi abidələr silsiləsindən,ən çox turist axınına şahidlik edir.Ümümiyyətlə bu kilsə, çox acınacaqlı tale yaşayıb.Əvvəlcə buranın, bəədi və arxitektura nöqteyi nəzərindən, heç bir əhmiyyət kəsb etmədiyi əsas gətirilərək,qapıları baglanır.Böyük vətən müharibəsi illərində isə, bura "morq"(ölüxana)kimi fəaliyyət göstərir.Sonraki illərdə,yaxınlıqda yerləşən kiçik opera teatrının dekorasiyalarının saxlanıldığı anbar kimi istifadə edilir. Bu llər ərzində,nəin ki,tikilinin təmiri barədə düşünülmür,hətta bir ara onu ümümüyyətlə sökmək məsələsi gündəmə gəlir.Hər şeyin fərqində olmağı bacaran Peterburqlular bu vandalizmə rəvac vermirlər.Bu biganəlik belə də davam edəcək idi,əgər 1968-cı ildə, Sankt Peterburq şəhər qiymətli abidərin qorunması təşkilatı, bu sənət incisini ,öz qanadları altına almasa idi.Həmən ildən,bu xram,"İsakovskiy sobor" muzeyinin nəzdində fəaliyyət göstərməyə başlayır və onun filialına çevrilir.1997-ci ildən, kapital təmir və bərpa işlərindən sonra, muzey kimi fəaliyyətini bərpa edən bu mədəniyyət ocağı ,bu gün də çox saylı turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir.Muzeyin içərisində incə zövqlə işlənmiş,insan ruhuna sıgal çəkən mozaika,daxili urbanstva,həqiqətən də insanı valeh edir.
Bu sənət əsərini bəzən,Moskvada "Qızıl meydan"ərazisində yerləşən"Vasili Balajenov"xramıyla müqayisə edirlər,baxmayaraq ki,"yaş"fərqı,dörd əsrə yaxındır.
Əziz AZpress.AZ saytının oxucuları ,elə düşünürəm ki,Nevanın sahillərindən,daha bir mədəniyyət incisi barəsində, sizlərdə azacıqda olsa təsəvvür yarada bildim.
Növbəti reportajlarda sizinlə görüşmək arzusuyla,Sankt peterburq şəhərindən
Fizuli Cavadzadə və Sədail Həbibov.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !