İçərişəhərin görkəmini dəyişməyə israrlı olanlar, ciddi yanlışlığa yol verirlər - - Faiq İsmayılov

İçərişəhərin görkəmini dəyişməyə israrlı olanlar, ciddi yanlışlığa yol verirlər - Faiq İsmayılov

Dünya inkişaf edir, sənaye kənd təsərrüfatı, texnologiyalar yenilənir. Şəhərlərdə yaradılan nəhəng qurğular, parklar, istirahət mərkəzləri insanlara xüsusi zövq və rahatlıq gətirir. Abadlıq həmişə insan psixologiyasına xoş təsir bağışlayır.
Abadlıq, yeniləmə hər yerdə gözəl görünür, tək tarixi yerlərdən, tarix və mədəniyyət abidələrdən başqa. Beləki ölkənin keçmişinə aid bütün qurğu və vasitələri, eləcədə tarix və mədəniyyətini olduğu kimi gələcək nəsillərə çatdırılması, tarix və mədəniyyət abidələrinin qorunmasını zəruri edir.

Tarix və Mədəniyyət Abidələri – xalqın mədəni, mənəvi, iqtisadi və ictimai həyatında əvəzsiz dəyərlərə malikdir. Tarix və mədəniyyət abidələri daim müasirləşən və yeniləşən elm, təhsil və mədəniyyətimizin öz kökündən qidalanmasını təmin edir eləcədə xalqın həyatında ən zəruri tələbatına çevrilərək, onun nəinki mədəni ehtiyaclarını eyni zamanda iqtisadi həyatında da gəlir mənbəyinə çevrilərək, xalqın maddi təlabatını da yerinə yetirir.
Tarix və mədəniyyət abidələri və digər mədəni dəyərlər xalqın milli şüurundan, ənənəvi vərdişlərindən yaranaraq, müxtəlif tarixi dövrlərdə millətin məişətini, məşğuliyyətini, mədəniyyətini və tarixini özündə əks etdirərək xalqın qürur mənbəyinə çevrilir.
İnamla demək olarki, müxtəlif dövrlərdə yaranan və dövrümüzə qədər gəlib çıxan milli irs, milli dəyərlər xalqın və millətin mövcudluğunu və tarixi köklərini sübut edən yeganə vasitədir. Məhz bu xüsusiyyətlərinə görə tarix və mədəniyyət abidələrinin daha çox mühafizəyə və ya qorunmaya ehtiyacı vardır.
Abidələrin qorunması 10 aprel 1998-ci ildə Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunla tənzimlənir. Abidələrin qorunması haqqında istinad etdiyimiz bu qanunun 10-cu maddəsində abidələrin toxunulmamazlığı barədə deyilir “Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır”. Bu qanun Azərbaycanın bütün ərazilərində qüvvədə olan hüquqi sənəd olsada bu qanunda kifayət qədər boşluqlar var. Qanundakı bu boşluqlar qanuna yenidən baxılmasını və yenidən işlənməsini zəruri edir.
Son vaxtlar “İçəri Şəhər” ətrafında yaranan söz söhbətlər tarix və mədəniyyət abidələrinin qorunması haqqında qanundakı bəzi boşluqları və qoruğa nəzarətin zəif olduğunu üzə çıxardı. İçəri Şəhər Dövlətin qərarı ilə qorunan ərzidir. Beynəlxalq qanunvericilikdə Qoruq sərhədi daxilində və mühafizə zonalarında abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi üçün təhlükə yarada biləcək hər hansı işlər müvafiq icra hakimiyyəti orqanının qərarı həyata keçirilə bilməz.
İçərişəhərin görkəmini dəyişməyə israrlı olanlar, ciddi yanlışlığa yol verirlər. Onlar bilməlidirlər ki Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Tarix və mədəniyyət abidələrinin istifadəsi haqqında qərarlar verilərkən bu amil nəzərə alınmalıdır. Dövlət, tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır. Bu o demək deyildir ki, qoruğun bədii-estetik görkəmini dəyişdirən sosial və iaşə obyektlərinin tikilməsinə, hansısa ğzəl və ya dövlət şirkətlərinin fəaliyyəti üçün yerlərin ayrılmasına hansısa qurumlar tərəfindən icazə verilsin.
Bir neçə gün öncə qoruğun bədii-estetik görkəmini dəyişdirilməsi ilə bağlı baş verilən pozuntuya ilk reaksiya ölkənin birinci xanımı Mehriban xanım Əliyevadan gəldi. Sual oluna bilər, Niyə? Əgər bu qayda pozuntularına ilk reaksiyanı ölkənin birinci şəxsi verəcəksə, o zaman bu işlərə məsul olan müvafiq qrumların fəaliyyətləri nədən ibarətdir? Niyə onlar öz vəzifə borclarını yerinə yetirmirlərki, nəticədədə belə narahatlıqlar yaranır?
Mən bir daha yarıtmaz fəaliyyətlə məşğul olan məmurlara səslənirəm: - İçərişəhərin görkəmini dəyişməyə israrlı olanlar, ciddi yanlışlığa yol verirlər. Onlar bilməlidirlər ki Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir.


Faiq İsmayılov

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !