Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konfrans keçirilib - (+FOTOLAR)

Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konfrans keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Bakı Mühəndislik Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı iləÜmummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünəhəsr olunmuş “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda IV Beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb. Park İİN oteldə keçirilən konfrans Azərbaycan, türk, ingilis və rus dillərində aparılıb.

Konfransa “Turizm və rekreasiya ehtiyatlarının tədqiqinin nəzəri və praktiki əhəmiyyəti”, “Turizm bazarı: müasir vəziyyət, problemləri və inkişaf perspektivləri”, “Turizm sahəsi üçün kadr hazırlığı dilləri: Turizmdə informasiya texnologiyalarının tətbiqi dilləri”, “Turizm və hotel təsərrüfatı”, “Turizm biznesinin təşkili və idarə edilməsi”, “Turizm mədəniyyətlərarası dialoq vasitəsi kimi”, “Turizmin inkişafında dövlət və yerli özünü idarəetmə orqanlarının rolu”, “Turizm sektorunun maliyyə aspektləri” və s. mövzularda80 məqalə qəbul olunub.

Açılış mərasimində çıxış edən Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov konfrans iştirakçılarını salamlayıb və konfransın iki universitet tərəfindən birgə təşkil olunmasını elmi baxımdan əhəmiyyətli olduğunu vurğulayıb. Ulu öndərin ölkəmizin müstəqilliyinin möhkəmlənməsində və hərtərəfli inkişafında olan müstəsna xidmətləri barədə ətraflı məlumat verən rektor, Onun Azərbaycan elminin və təhsilinin inkişafına olan töhvələrini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün də ölkə başçısı İlham Əliyev Ulu öndərin siyasətini uğurla davam etdirir. Artıq ölkəmiz ən mötəbər beynəlxalq tədbirlərdə təmsil olunur və aparılan islahatlar sayəsində xalqımızın rifah halı və təhsil səviyyəsi günü-gündən yüksəlir.

Konfransın işinə uğurlar arzulayanAzərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov əsası Umummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan iqtisadiyyatının ən vacib sahələrindən olan turizmin potensialından və bu sahənin inkişafı istiqamətində Prezident İlham Əliyevin gördüyü işlərdən danışıb. Ulu öndərin sovet ittifaqı və müstəqillik dövründə təhsilin və yerli kadrların hazırlanması istiqamətində gördüyü işləri diqqətə çatdıran rektor, yerli universitetlərin birgə təşkil etdikləri konfransların elmin və universitetlərin inkişafına verəcəyi töhvələr barədə tədbir iştirakçılarına məlumat verib.

Daha sonra çıxış edən Azərbaycan Texniki Universitetinin Elmi işlər üzrə prorektoru İlham Məmmədov konfransın işinə uğurlar arzulayaraq Umummilli lider Heydər Əliyevin Azərbaycan elminə və təhsilinə göstərdiyi xidmətlər barədə məruzə ilə çıxış edib.

Konfransın plenar iclasında Zuxra Abdraxmanova, professor Rza Mahmudov, i.ü.f.d Şəhriyar Muxtarov və dosent İlqar Seyfullayevin məruzələri dinlənilib.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :       

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !