"Xəbərlər efirdədir" - - Sona Vəliyeva

"Xəbərlər efirdədir" - Sona Vəliyeva

https://www.facebook.com/groups/604248139738662/ 

 

"Xəbərlər efirdədir"

 

"Axşamınız xeyir"
efirdə xəbərlərdir:
Hər gün
dünya evimə gəlir.
Xəbərələr fərqli,
xəbərlər dərdli.
Dağılan tifaqıyla
sirli Bağdad, dərdli Kərkük
göz qarşısında...
Somalidə aclıq biçir adamlar...
Dünya tamah davasında,
indicə dağılacaq elə bil...
Ürəyim-əli qapı arasında,
qalan adamın əli...
Yer kürəsi
şeytan əlində silkələnir...
Mən darıxıdıqca,
havadan qan iyi gəlir.
Öz dərdimiz
elə köhnəlib,
kif atıb,
Suriyada körpələrə
atılan güllənin
barıt iyi burnuma gəlir.
Hər torpaqda qırğın-qiyamət,
insan şeytanla
əl-ələ tutub.
Göy üzü silah tüstülü,
göy üzü qara buludlu,
barıt qoxulu...
Allah tüstüdən boğulur...
Gözünü yumub,
görmür yer üzünü,
Görsəydi, yerində oturdardı
ədalət adıyla
öz ocağında məzluma
divan tutanı...
Yer kürəsi şar,
siyasət əlində
iynə tutan dəcəl uşaq.
Sancmaq istəyir-partlatsın
Yer kürəsi...
Əl saxlayın, əli iynəlilər,
əli sancaqlılar!
Əl saxlayın, yekə adamlar,
əl saxlayın, ürəksiz robotlar...
İnsan ölümüylə əyləncə axtaranlar!
Dayanın,dayanın dünya dağılar!
ayenə xəbərlər,xəbərlər!
Müvəqqəti atəşkəslər...
Sabah "Minsk qrupu"ndan gəlirlər...
Ən son xəbərlər...
Deyirlər yeni planetlər var,
deyirlər Marsda həyat var...
Tanrım,
insan öz evini yıxıb,
yeni Vətən axtarır.
Söylə, orada kimə yer olar?

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !