"Təhlükə bu dəfə Şərqdən gəlir..." - - Tural Turan

"Təhlükə bu dəfə Şərqdən gəlir..." - Tural Turan

https://www.facebook.com/groups/250993438794052/ 

 

Gürcüstanla bağlı yaranmış sərhəd məsələsi nə Gürcüstana, nə də Azərbaycana sərf edir. Problem 1991-ci ildən var. Məsələ o deyil, "Udabno məsələsi" kənardan idarə edilir. Daha doğrusu, oyun Rusiyada qurulub. Bu indi dəqiq nüasa oxşayır. Mən belə düşünürəm. Amma məsələ "Bir kəmər bir yol" layihəsi də deyil. Məsələ gələn ildən tam gücü ilə işləməyə çalışacaq başqa adı bəlli projelərdir. Amma bu da hələ ki, tam deyil.
Rus tacirləri Gürcüstan bazarına yenidən yiyələnməyə çalışırlar. 2008-ci ildən çıxdıqları açıq ticari bazardan danışıram. Təhlükə isə bu dəfə Şərqdən gəlir, Qərbdən deyil. Onsuz da Avropa iqtisadi sistemi Gürcüstan bazarına uyuşa bilmədi və ya bunun çox böyük zamana ehtiyacı var. Çünki sistem(sizlik) ötən əsrin oratalarından qurulub. Onun yerinə isə Çin iddialıdır. Kifayət qədər sistemli və bütün sistemsiz bazarlarda çalışa, tam gücü ilə işləyə biləcək bir iqtisadi-ticari sistemin Qafqazda at oynatmasından, Rusiyanın buradan "rubl-rubl" çıxarılmasından söhbət gedir.
Əgər Rusiya Cənubi Qafqazın ticari sisteminin dəyişdirilməsi ilə razılaşarsa, bu gələcəkdə daha böyük problemlərə yol aça bilər. İlkin mərhələdə bu Qərbin də işinə yarayır. Kənardan izlə, sonrası haqqında düşünərsən prinsipi...
Üzr istəyirəm, sən demə məsələ həm də "Bir kəmər bir yol" imiş. Amma tam da o deyil...
Digər tərəfdən, Ermənistanla oyuna getməyən Azərbaycana da qulaqburması vermək istəyirlər. Amma şimalda onu da yaxşı anlayırlar ki, bizim qulağımız yekəpər rus sən demə məsələ həm də "Bir kəmər bir yol" imiş. barmaqlarının burmasına sığmır... Yəni, ismarış Qərbədir. İmzalanacaq sazişə. Qərb rəsmi Bakının islahatlara getməsini istəyir. Bu isə Rusiyadakı müəyyən (cibinə və dövlətə işləyən müəyyən sektaların) maraqlarına uyğun deyil. Çünki ortada onilliklərin xərclənərək qurulduğu bir sistem var.

Sistem çökərsə, Rusiyanın özü Qafqazda "tayqulaq" qalacaq. Onsuz da Merqelaşvili, Zurabişvili (cəm halda İvanişvili) Rusiyanın Gücüstandakı sisteminin laxlamasının qarşısını ala bilmədi. İndi ortada "boğucu qaz" taktikasına keçib ki, yaranmış kiçik və dumanlı çaxnaşmalarla bu kiçicik dövlətlərin ipini ələ ala bilsin. Özü də Qərbə göstərə-göstərə...
Qərb isə bir ucu gedib Çinə dirənən axıntının ona sarı istiqamətlənmiş yönünün dəyişdirilməsinə asan-masan icazə verməz - deyə düşünürəm.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !