BAMF Cenevrə Mərkəzi ilə əməkdaşlığa başlayıb - ViDEO+FOTOLAR ( AZpress.AZ - Q.Əli)(YENİLƏNDİ)

BAMF Cenevrə Mərkəzi ilə əməkdaşlığa başlayıb ViDEO+FOTOLAR ( AZpress.AZ - Q.Əli)(YENİLƏNDİ)

https://www.facebook.com/groups/232461030668048/ 

 

 

AZpress.AZ xəbər verir ki, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu BAMF-ın prezidenti Umud Mirzəyev və Cenevrə Mərkəzinin icraçı direktoru, səfir İdris Cəzairi imzalayıb. Memorandumda tərəflər BMT-nin Cenevrə ofisində (UNOG) insan hüquqlarının və sivilizasiyalar arası əməkdaşlığın təşviqi, sülhün möhkəmləndirilməsi ilə əlaqədar mövzularla bağlı panel müzakirələrin keçirilməsi, dünyada sülhün bərqərar olması ilə bağlı qarşılıqlı fəaliyyətlərin dəstəklənməsi, nəşr edilmiş bəyanat və rəylərin hər iki qurumun idarə etdiyi müvafiq kommunikasiya vasitələrində ictimailəşdirmək haqda qarşılıqlı razılığa gəliblər. Beynəlxalq Avrasiya Mətbuat Fondu və Cenevrə Mərkəzi həmçinin növbəti təlim proqramlarında nəzərə alınacaq mövzuların birgə müəyyən edilməsi, birgə press-relizlərin yayılması, təlim modullarının və tədris planlarının inkişafına yardım etmək, təlimçi mühazirəçilərin mübadiləsini asanlaşdırmaq, birgə konsepsiya qeydləri hazırlamaq istiqamətində də anlaşıblar. Memorandumda həmçinin Yaxın Şərq və Şimali Afrika, Qafqaz və Mərkəzi Asiya ölkələri çərçivəsində sülhün təşviqi və insan haqqlarının möhkəmləndirilməsi ilə bağlı birgə fəaliyyətlərin görülməsi nəzərdə tutulub. Tərəflər beynəlxalq ekspertlərin bəyanatlarını, məqalələrini, fikirlərini, müsahibələrini və digər müvafiq materiallarını dərc etmək üçün BAMF-ın dəstəyi ilə fəaliyyət göstərən 5 dildə dərc olunan “Eurasia Diary” analitik informasiya portalından platforma kimi istifadə etmək barədə qərara gəliblər.
Tədbirin sonunda qonaqlar BAMF-ın “Mənim kəndim, mənim vətənim” layihəsi çərçivəsində planlaşdırılan sərginin hazırlıq işləri ilə tanış olublar. Sərgidə Azərbaycanın işğal olunmuş və təmas xəttinə yaxın ərazilərində dağıdılmış tarixi-mədəni abidələri, sosial infrasturkturu, güllələnmiş məzarlıqları, xarabalığa döndərilmiş evləri, kəndləri, yaşayış məskənlərini, ekoloji fəlakəti əks etdirən şəkil-posterlər nümayiş etdirilib. Şəkillərin əksəriyyəti BAMF-ın uzun müddətli fəaliyyəti dövründə çəkilmiş və ilk dəfədir ki, nümayiş etdirilib.
Qeyd edək ki, İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzi (Cenevrə Mərkəzi) Qlobal Şimal və Qlobal Cənub arasında mədəniyyətlərarası, dini və sivilizasiya dialoqu vasitəsilə eləcə də Ərəb bölgəsindəki tərəfdaşların gələcək nəsillərinə təlimlər keçirilməsilə insan hüquqlarının təbliğinə həsr edilmiş beyin mərkəzidir. Təşkilatın icraçı direktoru İdris Cəzairi UNCTAD (BMT Ticarət və İnkişaf Konfransı) və İnsan Hüquqları Şurasının təsisçi üzvi olub. 1984-cü ildə O, mərkəzi Romada yerləşən BMT-nin İxtisaslaşmış Agentliyi olan Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fonduna yekdilliklə 4 il müddətinə prezident seçilib və sonradan ikinci müddətə yenidən seçilmişdir. Səfir Cəzairi 2009-cu ildə Silahsızlanma üzrə Konfransın prezidenti və 2010-cu ildə Beynəlxalq Miqrasiya Təşkilatının Şurasının sədri vəzifələrdinə işləmişdir. Daha sonra, o, Kooperativ Əməliyyatlar Tədqiqat və İnkişaf Assosiasiyasının, Oxford, Novib, CCFD və s. daxil olmaqla, QHT-lərin beynəlxalq konsorsiumunun icraçı direktoru olub.
Tədbirdə BMT-nin Azərbaycandakı rezident koordinatoru Qulam İsakzai, müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri, millət vəkilləri, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvləri, Azərbaycan Respublikası Prezidenti adminstrasiyası, Ambudsman Aparatı, Ədliyyə Nazirliyi, QHT Şurasının nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !