Milli yığma üzvündən Məktəbli kuboku iştirakçılarına dəstək - (+FOTOLAR + VIDEO)

Milli yığma üzvündən “Məktəbli kuboku” iştirakçılarına dəstək (+FOTOLAR + VIDEO)

 AZpress.AZ xəbər verir ki, Azərbaycanın məktəbliləri arasında ən böyük futbol çempionatı olan “Coca-Cola School Cup”davam edir. Coca-Cola, AFFA və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən turnir regional final mərhələsinə daxil oldu.

Gərgin oyunlarda məktəbliləri dəstəkləmək üçün Azərbaycan yığma futbol komandasının üzvü Mahir Mədətov Nərimanov rayonu üzrə mərhələnin final oyununa qatılıb, məktəblilərə uğurlar arzulayaraq, peşə sirlərini bölüşüb, xatirə şəkilləri çəkdirib. Mahir Mədətov bu tipli turnirlərin gələcək futbol nəslinin düzgün formalaşmasında əhəmiyyətini vurğulayıb. Milli yığmanın üzvü “Coca-Cola School Cup”ın uşaqlarda futbola maraq oyatdığını, eləcə də, sağlam həyat tərzinin təbliğində önəmli rol oynadığını bildirib. Ulduz futbolçu şagirdlərlə görüşü zamanı müasir futbolun əsas elementinin xarakter olduğunu qeyd edib.

“Futbolçu üçün texnika və sürət önəmlidir. Mənim fikrimcə, müasir futbolda daha da önəmli olan xarakterdir”-deyə Mahir Mədətov bildirib.

"Coca-Cola" şirkəti, AFFA və Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən və kütləvi idman hadisəsi olan “Coca-Cola School Cup” artıq 8 ildir ki keçirilir və demək olar ki, bütün regionları əhatə edir. İndiyə kimi yarışlarda 1,5 milyondan artıq yeniyetmə iştirak edib.

Tədbir haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

youtu.be/IHvRP7gzK54

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !