Sankt-Peterburqda Azərbaycan kökənli general-mayor Fətullayev Bağır gənclərlə görüşüb - +FOTOLAR (Peterburq - C.Fizuli, H.Sədail AZpress.AZ)

Sankt-Peterburqda Azərbaycan kökənli general-mayor Fətullayev Bağır gənclərlə görüşüb +FOTOLAR (Peterburq - C.Fizuli, H.Sədail AZpress.AZ)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Aprel ayının 29-da ,Sankt-Peterburq şəhərində iş adamları Ramiz Məmmədovun və Arzu Əliyevin təşkilatçılığı ilə ehtiyyatda olan hərbiçi, Azərbaycan kökənli general-mayor Fətullayev Bağır Yusif oğlu ilə bu şəhərdə yaşayan bir qrup gənc soydaşlarımızın görüşü təşkil olunmuşdur. Zaman-zaman, bizim düşmənlərimiz tərəfindən bizim barəmizdə formalaşdırılan,"Azərbaycanlılar döyüşməyi bacarmır" mifini Mehmandarovlar,Şıxlinskilər,Naxçıvanskilər,Həzi Aslanov kimi sərkərdələr paramparça etmişlər.Elə tarixə, "Aprel" döyüşləri kimi düşmüş mücadilə bir daha bu xalqın döyüşkən ruhunun diriliyindən, ölməzliyindən xəbər verir.İlk olaraq, çıxış üçün söz alan Ramiz müəllim, öz dogma rayonu Laçından başlayan hərbiçi həyatından,"Daşaltı"əməliyyatından,müharibənin qan-qadasından,döyüşçü yoldaşları ilə kəşfiyyata gedib "Topxana"meşəsində özlərinə mövqe seçib, "Qrad"qurğusundan yaşayış məntəqələrimizi uzun müddət top atəşinə tutan erməni quldurlarının "yuvası"nı necə susdurmağından danışdıqca,gözlərində yaranan qəzəb, sanki, ona həmin illərin müdhiş anlarını yenidən yaşadırdı.
Azərbaycan gənclərini salamlayan, general-mayor cənab Fətullayev,onların sakitcə bu söhbətlərə heyranlıqla qulaq kəsdiyini görüb,hərbiçi təmkini ilə aram-aram söhbətə başladı.Ozünün Azərbaycandan başlayan hərbiçi taleyi, sonradan onu Macarıstana ,vətənin ağır günlərində isə,öz istəyi ilə dəfələrlə Qarabağa qayıtmağa məcbur edib. Əlbəttə ki,bu illər ərzində Rusiyanın İki Akademiyasında təhsil alması ona hərbi biliklərə mükəmməl yiyələnməsinə,o cümlədən Çeçenistan savaşında (hər ikisində) hərbi komendant kimi çalışması, onun bir hərbiçi kimi formalaşmağında mühüm rol oynamasını xüsüsi qeyd etdi. Gənclərin ona verdiyi sualları həvəslə cavablandıran Generalımız, vətəni sevməyi və ona sahib çıxmağın,hər bir Azərbaycanlının müqəddəs borcu olduğunu bir daha vurğuladı.Gənclərimiz adından çıxış edən Tanrıverdiyev Zaur və Ağalarov Əli söylədilər ki,vətəndən uzaqda yaşasalar da,vətənin çagırışına hər an hazırdılar.
Sonra, Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycan milli mədəni muxtariyyətinin icraçı direktoru Agarəşid Təhməzov gənclərimizə öz tövsiyyələrini verdi.
Artıq yaşının "Ekvator"u ötdüyünü yumorla gənclərə eşitdirən Arzu bəy, bu gün də idmanla intensiv məşğul olduğunu gənclərə xatırlatdı və ondan örnək götürməyə çağırdı.
Sonda, qonaqların şərəfinə ziyafət məclisi təşkil olundu.  


Sankt-Peterburqdan AZpress.AZ üçün
Fizuli Cavadzadə və Sədail Həbibov.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 


 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !