Şəhid İlham Ağaverdiyevin anım günü keçirildi - + FOTOLAR (AZpress.AZ – Ə.Mahir)

Şəhid İlham Ağaverdiyevin anım günü keçirildi + FOTOLAR (AZpress.AZ – Ə.Mahir)

https://www.facebook.com/groups/232461030668048/

 

İlham Ağalar oğlu Ağaverdiyev 15 avqust 1975 – ci ildə Bakı şəhərində,Bakıxanov qəsəbəsində anadan olub. 1982 – ci ildə Bakı şəhərinin Xətai rayonundakı 204 saylı orta məktəbin birinci sinfinə gedib,məktəbdə oxuduğu müddətdə nümunəvi davranışı,sakit təbiəti,həmdə çevikliyi və cəsurluğu ilə seçilib.İdmana,Xüsusilə də futbola böyük maraq göstərib.Xətai rayonunun “Günəşli” uşaq futbol komandasının tərkibində “sevinc” klubunun kuboku uğrunda yarışlarda iştirak edib,uğurlar qazanıb,fəxri fərmanlara layiq görülüb. 1992 – ci ildə həmin məktəbdə təhsilini başa çatdırıb.
Azərbaycan Xalq İnstitunun (indiki Azərbaycan Dövlət İqtisadiyyat Universitetində ) təhsil almaq arzusunu gerçəkləşdirə bilməyib. Qəlbi vətənə xidmət arzusu ilə döyünən yeniyetmə İlham hələ orta məktəbdə oxuyanda “Mən çağırış yaşımın nə vaxt çatacağını gözləyə bilmərəm. Mən istəyirəm ki,elə günü bu gün,bu saat əlimə silah alıb,düşmənlə döyüşlərə atılım.” deyib cəbhə bölgəsinə yollanır.Məktəb yaşlı bu uşağın qətiyyəti,qorxmazlığı,ən başlıcası isə hədsiz vətənpərvərliyi,hərbi hissədə heyrət doğurur. Buna baxmayaraq,hərbi hissənin rəhbərliyi çağırış yaşı çatmamış yeniyetmənin cəbhə xəttində həyatını təhlükə qarşısında qoymamaq üçün onu,Bakıya valideynlərinin yanına yola salırlar.İlhamın bu hərəkəti onun vətənə hədsiz məhəbbətindən,düşmənə qaşrı tükənməz nifrətindən qaynaqlanırdı.Çağırışçı kimi hərbi komissarlığın göndərişi ilə sürücülük məktəbində oxumağa göndərilib. 1993 – cü ilin noyabrında hərbi xidmətə çağrılanda qəlbi sevincdən sinəsinə sığmırdı. Hərbi xidmətə birbaşa cəbhə xəttində,Tərtər rayonundakı döyüş batalyonunda başlaması İlhamın ürəyincə idi. Tərtərdə yerləşən hərbi hissəyə gəldiyi ilk gündən döyüş əməliyyatlarında iştirak edib.
İlhamın vaxtilə xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən onun ata – anasına yazılmış minnətdarlıq məktubda yazılır: “Sıravi Ağaverdiyev İlham Ağalar oğlu N saylı hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü ağıllı,bacarıqlı,nizam–intizamlı aparir,verilən əmr və tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyə çalışir.Ona həvalə olunan döyüş texnikasının və silahların sirlərini mükəmməl öyrənirdi və azğın düşmənin məhvi üçün onun imkanlarından məharətlə istifadə edir.İlham hərbi işə can yandırması və qayğıkeşliyi ilə yoldaşlarının və hissə komandanlığının dərin hörmətini qazanmışdır. Əla xidmətinə və nümunəvi nizam – intizamına görə dəfələrlə hissə komandanlığı tərəfindən təşəkkürlər almışdır. O,hərbi hissənin apardığı bir sıra döyüş əməliyyatlarında iştirak etmiş,döyüşlərdə özünü qorxmaz,igid və cəsur azərbaycanlı əsgər kimi aparmışdır.”
Onun üçün axırıncı olan Tərtər döyüş bölgəsində əsgərlərin sursatlı,ərzaqla təmin olunmasında xüsusilə fərqlənmişdir. Suravi Ağaverdiyev İlham Ağalar oğlu suveren,müstəqil Azərbaycanın dövlət mənafeyini müqəddəs tutaraq torpaqlarımızın bütövlüyü uğrunda öz əsgəri borcunu yerinə yetirərkən 29 aprel 1994 – cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq şəhid olmuşdur. 1 may 1994 – cü ildə Bakıda ll Şəhidlər Xiyabanında dəfn edilib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !