"POLİSƏ DƏSTƏK İctimai Birliyi Formula 1-də aktiv iştirak etdi - (+FOTO)

"POLİSƏ DƏSTƏK” İctimai Birliyi Formula 1-də aktiv iştirak etdi (+FOTO)

https://www.facebook.com/groups/250993438794052/

 

Aprelin 28-də Bakıda Formula 1 üzrə Dünya çempionatının dördüncü mərhələsinin _ SOKAR Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilmişdir. Pilotların paradı və açılış mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM ƏLİYEV və Birinci Vitse – Prezident MEHRİBAN XANIM ƏLİYEVA SOKAR Qran-Prisinin əsas yarışına baxıblar...
AZpress.AZ İnformasiya Agentliyinin Xəbər Saytı Formula 1 SOKAR Azərbaycan Qran-Prisinin yarışlarının keçirildiyi ərəfədə təhlükəsizliyin təmin olunması üçün DİN ilə bərabər, öz nümunəvi fəaliyyətilə xüsusilə fərqlənən Azərbaycan Respublikası "POLİSƏ DƏSTƏK" İB rəhbərliyindən _ sədr ŞƏMSƏDDİN ƏLİYEV və sədr müavini İSMAYIL ZALOVdan ətraflı müsahibə götürmüşdür...


Bəs, bu təşəbbüs haradan yaranmışdır, sizdə..?


“Əvvəla onu deyə bilərik ki, Azərbaycan Respublikası "POLİSƏ DƏSTƏK” İctimai Birliyinin kollektivi DİN əməkdaşlarına hər zaman olduğu kimi, "Formula 1 Qran-Pri" yarışlarında da daim öz əməli fəaliyyətilə dəstək göstərmişdir... Əlbəttə ki, keçirilən üç yarışda ölkəmiz Avropa Qran-Prisində ev sahibi olaraq, üzərinə düşən öhdəliklərini yüksək reytinqli göstəricilərlə icra etdiyi kimi, bu dəfə də yüksək nəticələrə sahib olmuşdur... Bu üstünlükləri həm təhlükəsizliyin təminatında, həm də yarışın təşkilində görmək mümkün idi. Yarışın təşkili, təhlükəsizliyi və yüksək səviyyədə keçirilməsi haqqında dünyanın bir çox kütlləvi informasiya vasitələrində yazılan məqalələrdən, çəkilən video-roliklərdən də tam aydınlığı ilə bilmək olar.
Bu tipli yarışda təhlükəsizlik ən vacib məqamlardan birdir. Bunun üçün isə Azərbaycan DİN polisi səfərbər olub desək, heç də yanılmarıq... Gücləndirilmiş iş rejiminə keçən Daxili İşlər Nazirliyinin əməkdaşları yarış trekinin yaxınlığında hərtərəfli təhlükəsizliyin, yarışa qatılan izləyicilərlə bərabər, həm də nəqliyyatın intensiv hərəkətinin təminatçısı idi...
Ölkə əhəmiyyətli fəaliyyət sferalarında DİN əməkdaşlarına dəstək üçün, Ilk dəfə olaraq, Azərbaycan Respublikasının “POLİSƏ DƏSTƏK” İctimai Biriyinin də öz kollektivilə aktiv və nümunəvi fəaliyyəti xüsusilə göz önündə idi... DİN əməkdaşlarının işinə yardımçı olmaq üçün, Azərbaycan Respublikası “POLİSƏ DƏSTƏK” İB öz kollektivilə birgə, könüllü üzvlərini də "Formula 1 Avropa Gran- Pri" yarışının keçririldiyi ərazilərə cəlb etmişdir...
Beynəlxalq tədbirlərə Bakının ev sahibliyi etməsi, bütün Azərbaycan vətəndaşları üçün qürur hissi ilə qarşılanmalıdır... Həm də "Formula 1 Qran-Pri" yarışının paytaxt Bakıda keçirilməsi Beynəlxalq aləmə bir daha sübut edir ki, Azərbaycanda sabitlik var, təmin olunur və bu sabitlik davamlıdır... Təhlükəsizliyi təmin edən qurumların əməkdaşları kifayət qədər peşəkar və öz işinin təminatçısıdırlar. Biz də, bir qurum olaraq, yəni Azərbaycan Respublikası “POLİSƏ DƏSTƏK” İctimai Birliyi olaraq, yarışa qatılan işitakçıların (burda həm əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də var) təhlükəsizlik baxımından təminatında Daxili İşlər Naziriliyi əməkdaşlarına hərtərəfli dəstək oluruq...
İlk dəfə idi ki, “POLİSƏ DƏSTƏK” İB Azərbaycan Polisinə bu yarışda dəstək oldu. Doğrudur, ölkəmizdə keçirilən bir çox mötəbər yarışlarda qurumun əməkdaşları öz vəzifə borclarını yetərincə yerinə yetirib və polislə çiyin-çiyinə çalışıblar.Lakin, Formula 1 Qran-Pri" yarışında ilk dəfə DİN-ə hərtərəfli göstərdiyimiz fəaliyyətimizlə qürur hissi keçiririk...
"POLİSƏ DƏSTƏK" İB olaraq, rəhbərlik etdiyimiz dəyərli kollektivimizlə birgə Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edirik və bu yönümdə yüksələn xətlə öz fəaliyyətimizi davam etdirməkdə daha da israrlıyıq..."- deyə qurumun sədri _ ŞƏMSƏDDİN ƏLİYEV və sədr müavini İSMAYIL ZALOV fikİr və gələcək iş planları barəsində AZpress.AZ İnformasiya Agentliyinin Xəbər Saytına ətraflı müsahibə verdilər.
Suallarımı, Azərbaycan Respublikasının “POLİSƏ DƏSTƏK” İctimai Biriyinin sədri, ehtiyyatda olan polis polkovniki _ ŞƏMSƏDDİN ƏLİYEV və qurumun sədr müavini hüquq eksperti İSMAYIL ZALOV cavablandırdı…


AZpress.AZ __ İLHAM KƏRİMOV.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !