Gənclər Abşeronda təmizlik aksiyası keçiriblər - (+FOTOLAR)

Gənclər Abşeronda təmizlik aksiyası keçiriblər (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, bu gün ulu öndər Heydər Əliyevin ekoloji siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi, Abşeronda da ətraf mühitin mühafizəsinə mühüm önəm verilir. Rayonda davamlı yaşıllaşdırma tədbirlərinin icrası mütəmadi şəkildə təşkil olunur. Növbəti ağacəkmə kampaniyası Məmmədli və Digah kəndlərindən “Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğuna gedən yolun sağ və sol hissəsində keçirilib.

 

Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan bu aksiyada rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndələri , Abşeron Könüllüləri , Yeni Azərbaycan Partiyası Abşeron Rayon Təşkilatı Gənclər Birliyinin üzvləri, Abşeron RİH-in əməkdaşları iştirak ediblər

 

50-dən çox könüllü gəncin iştirak etdiyi sözügedən aksiyaya “Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun ərazisində “Təmiz ekologiya – sağlam həyat” devizi altında təmizlik işləri aparılıb. Məhəmmədi-Digah avtomobil yolunun ərazisində 900-dən yuxarı ağac əkilib, əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

Abşeron rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov bildirib ki, bu aksiya maarifləndirmə xarakteri daşıyır: “Yanardağ-a gələnlərə çatdırmaq istəyirik ki, hər bir şəxs öz arxasınca məişət tullantısını yığışdırsa, həmin ərzailəri çirkləndirməsə, bu bizi həm böyük bir ekoloji fəlakətdən qoruyar və ətraf mühitə zərərimiz azalar. İnsanın ətraf mühitə vurduğu zərər onun öz sağlamlığını təhlükəyə məruz qoyur. Hər bir insanın öz ətrafına biganəliyi, əlindəki zibili yerə atması da ekoloji problemlərə səbəb olur. Təsadüfi deyil ki, ekoloji fəlakətlərin kökündə həmişə insan faktoru dayanır. Ona görə də ətraf mühitin çirkləndirilməsinin qarşısını alınması üçün ilk növbədə insanlar maariflənməlidir deyib aksiyaya start veriblər”.

Sonda gənclər üçün çay süfrəsi təşkil olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !