"Mənim bu dünyayla bir alverim var; aldığım-verdiyim nəfəsdi, nəfəs"... - (+FOTOLAR)

"Mənim bu dünyayla bir alverim var; aldığım-verdiyim nəfəsdi, nəfəs"... (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

"Mənim bu dünyayla bir alverim var;
aldığım-verdiyim nəfəsdi, nəfəs.
Daha özgə bazar açan deyiləm.
Ölüncə bu alver mənə bəsdi, bəs",

 

Bu misralar böyük şairimiz Ramiz Rövşənin "Nəfəs" şerindəndir. Bəli, kimin bu dünya ilə başqa nə alveri olursa-olsun, mütləq bir alveri nəfəsdir. Nəfəs - insanın bu dünyadakı cismani varlığının əsas şərtidir. Dünyaya gələn körpənin ağlamağa başlaması onun yaşamağa başlamasıdır; ağ ciyərləri açılır və nəfəs almağa başlayır. İnsanı aldığı nəfəs yaşadır, verdiyi deyil. İnsanın ölümü də son nəfəsini verdiyi andır. Meşələrə "Planetin ağ ciyərləri" adını nahaq yerə verməyiblər ki. Meşələrin, bağların, parkların olmadığını bir anlıq düşünün. Yer üzündə həyat olmazdı.

Biz ağacları, bitkiləri, hətta tikanıyla bizi dalayan kolları belə ürəkdən sevməliyik. Bu, Platonik, qarşılıqsız sevgi deyil. Biz ağacları sevərkən öz nəfəsimizə,öz varlığımıza şükranlıq etmiş oluruq. Mənim atam həm də mahir bağbandı; ağaclara, otlara, güllərə - bir sözlə, təbiətə sevgim mənə genlə ötürülüb. Ta kiçikliyimizdən bizə - mənə də, qardaşlarıma da ağac əkməyi, calaq etməyi, bitkilərə qulluq göstərməyi atam öyrədib. Bu gün də Sumqayıtda yeni parkda ağac əkəndə bir daha atamı yada saldım ( demək olar, hər gün xatırlayıram, bu gün də ağaclar onu bir daha xatırlamaq üçün vəsilə oldu).

Çox ağır xəstəlik (mədə xərçəngi) ona dözülməz ağrılar verəndə də, qolundan yapışıb onu bağa aparmağı istyərdi və əkdiyi ağaclar ona ağrılarını sanki ötəri də olsa, unutdurardı. Sabah əlli dörd yaşım tamam olacaq; bu gün o bağda əkdiyim o ağacları atamın ruhuna və özümə hədiyyə etdim. O balaca fidanlar mənə hardan gəldiyimi, uşaqlığımı xatırlatdı. Biz hər gün hər bir yaşıl ağac üçün Allaha şükür etməyi öyrənməliyik. Şükür Allaha, O bizi ağac əkənlərdən edib, ağac kəsənlərdən deyil.

Çoxmərtəbəli binada yaşayıram. Bağım da yoxdur (nə Bakıda, nə başqa bir yerdə). Füzulidəki kəndimiz də, yurdumuz da, atamın öz əlləri ilə əkdiyi o bağ da artıq yoxdur nə yazıq ki. Bu üzdən ağac əkmək üçün bu gün əlimə yaxşı fürsət düşmüşdü.
Bundan əvvəl də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi məni ağacəkmə aksiyasına dəvət etmişdi, gedə bilməmişdim. Bu gün gedib o aksiyaya qatıldım. Cənab nazir Muxtar Babayevə və İradə bacıma təşəkkürlər!

 

Bahəddin Həzi

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !