Təəssüflənirik...sözügedən qəzaya görə sevinənlərimiz də var... - - Nicat DAĞLAR yazır..

Təəssüflənirik...sözügedən qəzaya görə sevinənlərimiz də var... - Nicat DAĞLAR yazır..

https://www.facebook.com/groups/604248139738662/ 

 

Bakıda keçirilən Formula 1 yarışı zamanı lyuk qapağının yerindən tərpənməsi nəticəsində qəza baş verib. Şükür Allaha ki, ölüm-itim, yanğın, dağıntı-filan yoxdur.

Faciəvi hallar “Formula 1” tarixində az yaşanmayıb. Bakıdakı lyuk olayı bu vaxtadək keçirilmiş yarışlarda 47 pilotun həlak olması faktının yanında çox xırda məsələdir. Əlbəttə, gərək olmayaydı. Yaxşı olardı ki, belə bir hadisə Bakıda qeydə alınmayaydı. Amma oldu və buna görə təəssüflənirik.

Təəssüflənirik həm də ona görə ki, sözügedən qəzaya görə sevinənlərimiz də var... Elə atılıb-düşür, elə gülüşür, elə şaqqanaq qoparırlar ki, elə bil düşmən ölkəni rüsvay edəcək hadisə baş verib. Bir-birini təbrik edənlər də var, qarşılıqlı gözaydınlığı statusları paylaşanlar da... İndi gəl bu adamları başa düş.

Ay adamlar, hadisə Azərbaycanda olub ey. Bu qəza paytaxtımızda baş verib. Niyə sevinirsiz? Nəyə gülürsünüz? Bunun adı müxalifətçilik deyil vallah. Bu, nəsə başqa şeydir. Axı insanın siyasi mövqeyi onun hansısa qəzaya, faciəyə münasibətini tənzimləyə bilməz. Belə hallarda kədərlənər, üzülər, təəssüf hissi keçirərlər...

Qəza olubsa və üstəlik bu hadisə bizim EVİMİZDƏ, paytaxtımızda baş veribsə, siyasi mənsubiyyət faktorunu arxa plana keçirib, məsələyə milli mənsubiyyət xüsusunda reaksiya versək, dünyamı dağılar? Vedrə bağlamağa, şəbədə qoşmağa hazır vəziyyətdə olan mənfur qonşularımız var. Biz niyə onların dilinə qüvvət verək ki? Qəza baş verib, qaza! Olmazmı ki, heç olmasa belə hadisələr zamanı birazca dövlət, birazca vətən, birazca da millət təəssübkeşliyi göstərək?

Deyək ki, “Formula 1”in Bakıda keçirlməsilə razılaşmamaq, belə yarışlara vəsait ayrılmasını qəbul etməmək siyasi məsələdir, müxalifət partiyasının müəyyən etdiyi xətdir. Bəs yaxşı, qəzaya sevinmək, bu hadisəni bayrama çevirmək nədir? Bunu hara yazaq? Bu da xətdir? Bu da mübarizə metodur?

Görünür bəziləri üçün qaza və fəlakətlərdən də yararlanmaq vacibatı müəyyənləşdirilib – başqa cür davrana bilmirlər.

Allah ölkəmizi, dövlətimizi qorusun!

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !