İçəri Şəhər də, divarı da yerindədir - - Azər Həsrət (+ViDEO)

İçəri Şəhər də, divarı da yerindədir - Azər Həsrət (+ViDEO)

İçəri Şəhər Azərbaycan tarixinin ən müqəddəs parçasıdır. Bu məkanın bir daşını belə yerindən oynatmaq, ona xor baxmaq millətə, Vətənə xəyanətdir! Əgər hər kimsə o müqəddəs tariximizə əl uzadarsa, əməli tarix kitablarına Vətənə xəyanət kimi yazılmalıdır! Bu, belə bilinə!

 

İndi isə son günlər sosial mediada yayılan şəkillər və onların ətrafında yaradılan ajiotaj haqqında.

Neçə gündür mənim də ürək ağrısıyla izlədiyim söküntü şəkilləri paylaşılır. Bəzi şəxslər həmin şəkilləri yeni kimi qələmə verərək əməlli-başlı bizi yerimizdən oynatmağı bacarıb. Şəxsən mən də o şəkillərə baxıb İçəri Şəhər administrasiyasını tənqid edirdim ki, bunun ardından əsl gerçəklər bəlli oldu. Amma bir qədər gec.

Bəlli oldu ki, həmin şəkillərdə yer alan, qala divarının bir hissəsinin söküldüyünü göstərən təsvir 8 il öncəyə aiddir. Amma dəxli yoxdur. Hətta çoxdanın şəkli olsa belə ürək ağrıdan mənzərədir.

 

Daha sonra bəlli oldu ki, tarixi divarın həmin kəsimi bir zamanlar – 1950-ci illərdə erməni memar tərəfindən saxtalaşdırılıb. Başdansovdu təmir-bərpa edilib yəni. İçəri Şəhər administrasiyası da tarixi mənbələrdən bu saxtalaşdırmanı aşkarlayıb, planlar cızıb və divarın o hissəsini öz əvvəlki halında bərpa edib. Bu hadisə 2012-ci ilə qədər baş verib. Təbii ki, bərpa zamanı erməni memarın saxta yamağı da sökülüb və onun fotosu çəkilib.

 

İndi bəzi şəxslər sosial mediada həmin bərpa zamanı çəkilmiş söküntü şəklini paylaşaraq hay-küy salıblar ki, İçəri Şəhər dağıdılır. Bu hay-küyün belə geniş ayaq açmasına səbəb isə, təəssüf ki, İçəri Şəhər administrasiyasının özü oldu. Bəli, məhz onların tənbəlliyi, proseslərə çevik reaksiya verə bilməməsi ona səbəb oldu ki, biz belə o köhnə şəkilləri yeni kimi qəbul edər olduq. Sonucda ölkənin ictimai rəyi ayağa qalxdı, ortalığı qarışdırmaq üçün manipulyasiya edənlərin meydanı bir qədər də genişləndi.

Bu prosesdə biz sonradan gerçəkləri dilə gətirdiksə belə, tənqid olunduq. İnsanlar artıq bizim yalan təbliğat yaydığımızı belə iddia etdilər. Halbuki İçəri Şəhər də, söküldüyü iddia edilən qala divarı da ordadır və hər kəs gedib onu görə, çəkə və göstərə bilər.

 

Və biz də eləmədik tənbəllik, yollandıq İçəri Şəhərə. Şəxsən özüm ta Polşa səfirliyinin yanından başlayaraq qoşa qapıya qədər qala divarlarını lentə aldım. Bir daşına belə toxunulmur. İndi təqdim edilən videodan da bunu görmək mümkündür. Sadəcə bəzi yerlərdə çoxdan fəaliyyət göstərən iaşə obyektləri var. Onlar da şəhərə əlavə gözəllik qatır. Qala qapılarına çatınca isə ərazi hasarlanıb, nəsə yüngül konstruksiyalı tikinti gedir. Lakin onu da qala divarlarından aralı edirlər. Bu haqda artıq görüntülər paylaşılıb.

 

Hə, kimsə deyə bilər ki, o tikililərə nə gərək var? Şəxsən mən düşünürəm ki, İçəri Şəhərdə əlavə xidmət nöqtələrinin olması işin xeyrinədir. Lakin bunu elə təşkil etmək lazımdır ki, o divarların möhtəşəm görüntüsünə xələl gəlməsin.

Yeri gəlmişkən, çəkiliş apardığım zaman rastlaşdığım turist seli də bir başqa söhbətin mövzusudur. Hər kəs gedib gözüylə görə bilər ki, İçəri Şəhərdə turist əlindən sadəcə tərpənmək mümkün deyil.

İndi isə, buyurun, çəkdiyim və heç bir müdaxilə etmədiyim videoya baxın. Qərarı da hər kəs özü versin məncə.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !