Regional konfrans panel iclasla öz işini davam etdirib - + FOTOLAR (AZpress.AZ – İ.Mais, Ağcabədi)

Regional konfrans panel iclasla öz işini davam etdirib + FOTOLAR (AZpress.AZ – İ.Mais, Ağcabədi)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Ağcabədidə “Müasir çağırışlar: dini durum və vəzifələr mövzusunda keçirilən konfrans aprelin 25-də panel iclas ilə işini davam etdirib. “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda keçirilən tədbirdə məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbiri giriş sözü ilə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva açaraq bölgədəki dini durum haqqında məlumat verib. Keçirilən tədbirin əhəmiyyətinə toxunan N.Mustafayeva qeyd edib ki, dini maarifləndirmə sahəsinə böyük diqqət ayrılmalı, gənclərin dini radikalizm bəlasından qorunması üçün din onlara düzgün şəkildə çatdırılmalıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkəmizdəki dövlət-din münasibətləri, tolerant və multikultural mühit haqqında danışıb. Qeyd edib ki, Azərbaycanda mövcud olan məzhəblərarası vəhdət bütün dünyaya nümunədir.
Dini radikalizmin yaranma səbəbləri və onun fəsadlarından bəhs edən sədr müavini bildirib ki, bəzi qruplar sülh dini olan İslamı siyasiləşdirərək öz məkrli planlarına alət etməyə çalışırlar. G.İsmayılov, həmçinin dini ekstremizm və radikalizmə qarşı mübarizə tədbirləri haqqında məlumat verib, ölkəmizdə bu sahədə maarifləndirmə işinin aparıldığını diqqətə çatdırıb. Sədr müavini onu da qeyd edib ki, gənclərin dini radikalizmdən qorunması üçün onların dini bilikləri artırılmalıdır.
Daha sonra çıxış edən Ağcabədi rayon Təhsil şöbəsinin müdiri İsmayıl Həsənov dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Bildirib ki, dini radikalizmə qarşı mübarizədə elmin, təhsilin rolu böyükdür. O, həmçinin qeyd edib ki, gəncləri yad dini təsirlərdən qorumaq üçün onlar milli-mənəvi dəyərlərimizə bağlı və vətənpərvər ruhda tərbiyə olunmalıdırlar.
Konfrans tədbir iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşıb.

 

Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !