Akif Qəhrəmanlının anım günü... - ViDEO+FOTOLAR (AZpress.AZ, Əli Qocayev)

Akif Qəhrəmanlının anım günü... ViDEO+FOTOLAR (AZpress.AZ, Əli Qocayev)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış yazıçı-jurnalist, mahir tərcüməçi Akif Qəhrəmanlının xatirəsinə həsr olunmuş anım günü və onun haqqında xatirələrin toplandığı "Mən sabah da varam" kitabının təqdimatı keçirilmişdir. Mərasimi Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə açmış, toplaşanlara Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun salamını çatdırmışdır. Mərhum jurnalist Akif Qəhrəmanlının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Hacı Mehman onun ruhuna dualar oxumuşdur. Mərasim iştirakçılarından İsrafil Qurbanov, Əlirza Xələfli, Esmira Şükürova, Şəfəq Nasir, Teymurşah Xaspoladov, Əntiqə Qonaq, Şəmsiyyə Kərimova, Rafiq Savalan, Rafiq Hacıyev, Tahir Aydınoğlu və başqaları çıxış etmişlər. Mərasimdə Akif Qəhrəmanlının müxtəlif illərdə nəşr olunmuş kitabları nümayiş etdirilmiş, onun portreti önünə tər çiçəklər düzülmüşdür. Mərhumun qardaşı Eldar Qəhrəmanov ailə üzvləri adından çıxış edərək Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə, mərasim iştirakçılarna minnətdarlığını bildirmişdir.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !