AR XİN mətbuat katibinin ABŞ-ın Kolorado ştatı senatının qəbul etdiyi qətnamə ilə bağlı... -

AR XİN mətbuat katibinin ABŞ-ın Kolorado ştatı senatının qəbul etdiyi qətnamə ilə bağlı...

https://www.facebook.com/groups/AZPRESS.AZ/ 

 

Sual: ABŞ-ın Kolorado ştatının senatı tərəfindən qondarma erməni soyqırımı ilə bağlı qətnamənin qəbul edilməsi və bu qətnamədə ölkəmizin işğal edilmiş torpaqlarında yaradılmış qondarma qurumun tanınması ilə bağlı məlumat yayılıb. Bu barədə nə deyə bilərsiniz?

 

 

Cavab: 24 aprel tarixində Kolorado ştatının 35 nəfərlik senatı qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Ermənistan və qondarma “artsaxın” Türkiyə və Azərbaycan tərəfindən “blokadasına” istinad edilir və guya ki, Naxçıvan Muxtar Respublikasında erməni “xristian irsinin” mədəni soyqırmının törədildiyi iddia edilir.

Qeyd etmək istərdik ki, bəzi media nümayəndələri qətnamədə işğal altındakı torpaqlarımızda yaradılmış qondarma quruma istinadın guya həmin qurumun tanıması kimi təqdim etməyə cəhd etmişdir. Vurğulamaq istərdik ki, sözügedən qətnamənin mətni onu ifadə etmir və hər hansı bir qurumun “dövlət” kimi tanınması, ümumiyyətlə ştat qanunverici orqanın səlahiyyətləri xaricindədir.

Onu da bildirmək istərdik ki, praktiki və hüquqi əhəmiyyəti olmayan belə simvolik qətnamələr ştatlar üçün də hər hansı bir nəticə doğurmadığı üçün qısa prosedurla qəbulu mümkün olur.

Ölkəmizin ABŞ-dakı Səfirliyi tərəfindən Kolorado Senatının rəhbərliyi və hər bir üzvünə ölkəmizlə bağlı yol verilmiş ciddi təhriflər və yanlışlıqların aradan qaldırılmasına çağıran məktublar göndərilib və müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !