Məcburi köçkün uşaqları Formula 1 ilə tanış oldular - + FOTOLAR (AZpress.AZ – T.Minə)

Məcburi köçkün uşaqları Formula 1 ilə tanış oldular + FOTOLAR (AZpress.AZ – T.Minə)

https://www.facebook.com/groups/232461030668048/ 

 

AZpress.AZ informasiya agentliyinin məlumatına əsasən bildiririk ki, Xarici İşlər Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının birgə təşkilatçılığı ilə 2019-cu ilin 26-28 aprel tarixlərində Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 çərçivəsində “Racing for Peace” (Sülh Naminə Yarış) şüarı altında məcburi köçkün uşaqlar üçün yarış öncəsi pit yolu ilə, eləcə də əyləncə zonasına gəzintilər təşkil olunmuşdur.
Uşaqlar böyük həvəslə paytaxt Bakıda keçirilən Qran Pri yarışına hazırlıq prosesi ilə tanış olmaq, bu yarışları izləmək üçün ölkəmizə gələn peşəkar Formula 1 komanda üzvləri, əcnəbi qonaqlar və həmyaşıdları ilə təmasda olmaq imkanı əldə etmiş və onlarda avto-idman sahəsinə xüsusi maraq yaranmışdır.
İcmanın üzvləri əslən Dağlıq Qarabağdan olan məcburi köçkün uşaqlar üçün təşkil olunmuş bu sosial-humanitar layihəyə görə təşəkkürünü ifadə edərək, bu aksiyanın Azərbaycanın BMT-nin “sülh və inkişaf naminə idman” proqramının məqsəd və məramlarına sadiqliyinin növbəti nümunəsi olduğunu bildirmişdir.
Bundan əvvəl ölkəmizdə keçirilən beynəlxalq şahmat turniri çərçivəsində “sülh naminə şahmat” oyununda iştirak edən uşaqlar Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edildikdən sonra doğma torpaqlarında bu gün Bakıda olduğu kimi sülh, əmin-amanlıq və multikulturalizm şəraitində avtomobil idmanı yarışlarının keçiriləcəyinə ümidvar olduqlarını ifadə etmişlər.
BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai təmsil etdiyi şirkətin dostluğa və anlaşmaya xidmət etdiyini qeyd edərək korporativ sosial məsuliyyət, cəmiyyətə töhfə və uşaqlara qayğı kimi dəyərləri daim rəhbər tutduğunu bildirmişdir.
Tədbirin sonunda BŞH tərəfindən uşaqlara Formula 1 yarışları üçün xarakterik olan hədiyyələr və suvenirlər verilmişdir.


AZpress.AZ,Minə Türksoy.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !