"Respublika Rəy Sorğusu" layihəsi... - (+FOTOLAR)

"Respublika Rəy Sorğusu" layihəsi... (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclərin
Maarifləndirilməsinə Dəstək İctimai Birliyi "Respublika Rəy Sorğusu"
layihəsini həyata keçirir. Layihə çərçivəsində respublikanın müxtəlif şəhər və
rayonlarına, o cümlədən, Şəmkir, Qazax, Gəncə, Quba, Masallı, Biləsuvar,
Beyləqan, Sabirabad rayonlarına səfərlər təşkil olunub və gənc könüllülər
tərəfindən rayonlarda yaşayan 14-29 yaşlı gənclər arasında sorğu keçirilib.
Layihənin əsas məqsədi region gənclərinin maraq dairəsini öyrənmək, onların
sosial aktiv gənc kimi formalaşmasına və maariflənməsinə yardım etməkdir.
Sorğunun nəticələri bəlli olduqdan sonra çoxlu sayda maarifləndirici layihələrin
keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, rəy sorğusu hazırda digər regionlarda
davam etdirilir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !