Özbəkistan Rəssamlıq Akademiyasında keçirilən "Ənənəvi təsviri incəsənət festivalın" da Azərbaycan milli stendi təqdim olunub - (+FOTOLAR)

Özbəkistan Rəssamlıq Akademiyasında keçirilən "Ənənəvi təsviri incəsənət festivalın" da Azərbaycan milli stendi təqdim olunub (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Özbəkistan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən Ənənəvi təsviri incəsənət festivalı"nda ölkənin gənc rəssamları, heykəltaraşları, bütün regionlarından dəvət olunan sənətkarlar öz əl işlərini, habelə xarici ölkələrin səfirlikləri, mədəniyyət mərkəzləri milli stendlərini təqdim edirlər.

Bu ildə tədbirə maraq böyük olmuş, festivalda Özbəkistanın mədəniyyət, incəsənət sahəsi üzrə tanınmış mütəxəssisləri, xarici ölkələrin Özbəkistandakı səfirləri, diplomatları, mədəniyyət, incəsənət sahəsi üzrə mütəxəssislər, bu sahə üzrə müəllim və tələbələr iştirak etmişlər.

Festivalda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Tədbiri giriş sözü ilə açan Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti, xalq rəssamı Akmal Nur festivalın əhəmiyyətindən danışmış, Özbəkistan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən təsviri sənət festivalının gənc istedadların üzə çıxarılması və Özbəkistanın zəngin incəsənətinin dünyaya tanıdılmasına xidmət etdiyini bildirib. Festivalda Özbəkistanla yanaşı Azərbaycan, Qazaxıstan, Rusiya, Lativiya, Qırğızıstan, Türkmənistan, İran və başqa ölkələrin öz milli stendini qurduqlarını qeyd edən natiq, gələcəkdə də bu cür layihələrin davam etdiriləcəyini qeyd edib.

Latviyanın Özbəkistandakı Səfiri Mixails Popkov, Banqladeşin Özbəkistandakı Səfiri Masud Manan çıxışlarında Özbəkistan prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə son zamanlar ölkədə hər bir sahədə olduğu kimi mədəniyyət sahəsində də böyük islahatlar, layihələrin həyata keçirildiyini, zəngin mədəniyyəti, incəsənəti haqqında danışaraq, onun dünyaya tanıdılmasında Festivalın mühüm əhəmiyyəti olduğunu qeyd ediblər.

Açılış mərasimində Özbək mədəniyyətinə dair milli rəqslər və musiqilər ifa olunub.

Daha sonra Festivalın rəsmi açılışı olmuş, iştirakçı fəxri qonaqlar milli stendlərlə tanış olublar.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi "Odlar yurdunun nəfəsi" adlı milli stendi münsiflər heyətinin və iştirakçıların böyük marağına səbəb olub.

Azərbaycan milli stendində Azərbaycan xalçaları, Azərbaycan milli geyimləri, kəlağayıları, misdən hazırlanmış məişət qabları, milli musiqi alətlərimiz, milli mədəniyyətimizə dair müxtəlif kompozisiyalar əsrgilənib.

Milli stendlə tanış olanlar ölkəmizin zəngin mədəniyyəti, qədim tarixi, Azərbaycan xalqının istedadı haqqında məlumatlandırılmış, ipək yolunun üzərində yerləşən Azərbaycanın görməli məkanları, turizm imkanları, habelə tanınmış rəssamlarımızın rəsmləri nümayiş etdirilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !