Müasir çağırışlar: dini durum və vəzifələr ... - + FOTOLAR (AZpress.AZ – İ.Mais, Ağcabədi)

“Müasir çağırışlar: dini durum və vəzifələr”... + FOTOLAR (AZpress.AZ – İ.Mais, Ağcabədi)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Aprelin 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb.
Ağcabədi rayon Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət fəalları, həmçinin dini icma sədrləri, din xadimləri və ilahiyyatçılar iştirak ediblər.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, regionla konfransda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, ölkəmizdə həyata keçirilən nümunəvi dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərin, tolerantlıq mühitinin qorunub saxlanılmasından söz açıb. Bildirib ki, respublikamızın digər bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da dini etiqad azadlığının təmin edilməsi, milli-mənəvi dəyərlərin təbliği istiqamətində xeyli iş görülüb, rayonda dini durum sabitdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural prinsiplərimizin təşviqi, dini maarifçilik işinin aparılması və dini radikalizmlə mübarizə sahəsində aparılan işlər barədə danışıb.
Müasir dünya üçün ən ciddi təhdidlərdən birinin terror və ekstremizm olduğunu bildirən Komitə sədri dünyanın bir çox ölkələrində din amilindən istifadənin vətəndaş müharibələrinə, terror hadisələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə gətirib çıxardığını deyib. Diqqətə çatdırıb ki, hazırda dinlər və sivilizasiyalar arasında toqquşmalar XX əsrdə soyuq müharibə illərindəki ideoloji toqquşmanı əvəz edib.
Bildirilib ki, heç bir din radikallığa çağırış edə bilməz. Həm İslamın, həm də Xristianlığın və Yəhudiliyin müqəddəs kitablarında insanlar birliyə, sülhə, əmin-amanlığa çağırılır. Amma bu gün dünyada din adı altında terrorlar törədilir, qarşıdurmalar yaradılır. İnsanların din adı ilə bir-birini qırması, terrorlar törətməsi cəhalətin nəticəsidir.
Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən söz açan Mübariz Qurbanlı bu modelin dünyada rəğbətlə qarşılandığını deyib. “Azərbaycanda heç vaxt dini və etnik müxtəlifliyə görə ayrı-seçkilik olmayıb. Bütün dinlərin nümayəndələri bir yerdə mehriban şəkildə yaşayır, sərbəst şəkildə öz inanclarını yerinə yetirirlər. Eyni zamanda, İslam dini daxilində də məzhəb ayrı-seçkiliyinin əleyhinəyik. Dini siyasiləşdirmək, dindən sui-istifadə etmək istəyənlərə, məzhəb ayrı-seçkiliyi salanlara aramızda yer olmamalıdır”, - deyə M.Qurbanlı vurğulayıb.
Dini maarifləndirmənin vacibliyindən danışan Komitə sədri deyib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Burada yüksəkixtisaslı, azərbaycançılıq ideyasının daşıyıcısı olan, islami dəyərləri, o cümlədən digər dinləri mükəmməl bilən kadrlar yetişəcək və gələcəkdə din sahəsində çalışacaqlar. M.Qurbanlı diqqətə çatdırıb ki, gənclərimizin maarifləndirilməsi, məlumatlandırılması məqsədilə yeni tədris ilindən ali məktəblərdə “Multikulturalizmə giriş” adlı fənn tədris olunacaq. O, eləcə də orta ümumtəhsil məktəblərində “Həyat bilgisi” fənninin proqramının genişləndirilməsi, İslam dini ilə bərabər digər dinlər haqqında da məlumatların verilməsinin əhəmiyyətinə toxunub.
Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Ramazan Hüseynov regionlarda keçirilən bu cür konfransların əhəmiyyətini yüksək qiymətləndirib.
Konfrans işini aprelin 25-də “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.


Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !