Tariyel Məmmədovun 70 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - + FOTOLAR (AZpress.AZ – İ.Nəriman)

Tariyel Məmmədovun 70 illik yubileyinə həsr olunmuş konfrans keçirilib + FOTOLAR (AZpress.AZ – İ.Nəriman)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Aprel ayının 19-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına konfrans zalında Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının müdiri, professor Tariyel Məmmədovun 70 illik yubileyinə həsr olunmuş, müəllifi BMA-nın “Musiqi tarixi” kafedrasının dosenti İnna Pazıçevanın “Tariyel Məmmədov: Yeni ideyaların tükənməz axınında” (“Т.Мамедов: В неиссякаемом потоке новых идей”) adlı monoqrafiyanın təqdimat mərasimi və “Musiqi dünyası” jurnalının 20 illiyinə həsr olunmuş konfrans keçirilmişdir. Təqdimat mərasimində başda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli olmaqla yanaşı bir sıra musiqi xadimləri - Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, BMA-nın prorektoru , professor Nərminə Quliyeva, Xalq artisti Ramiz Quliyev, Əməkdar İncəsənət xadimi, professor Nazim Kazımov, BMA-nın “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, professor- Gülzar Mahmudova, “İfaçılıq” fakültəsinin dekanı, professor- Nəzmiyyə Abbaszadə, “Fortepiano” fakültəsinin dekanı, professor Nəzakət Rimazi, BMA-nın professor-müəllim heyətindən – Ülviyyə İmanova, İnna Pazıçeva,Cəmilə Həsənova, Könül Nəsirova, Leyla Məmmədova, İmruz Əfəndiyeva, Samirə Aşumova, , və başqaları iştirak etmişlər.
Təqdimat mərasimini ilk olaraq BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli açıq elan edərək, T.Məmmədovun musiqişünas-alim kimi musiqi ictimaiyyətində müstəsna xidmətlərindən bəhs etdi. Daha sonra isə qonaqlara T.Məmmədov yaradıcılığından bəhs edən kiçik həcmli videoçarx təqdim olundu.
Təqdimat mərasimində həmçinin Firəngiz Əlizadə, İnna Pazıçeva, Nazim Kazımov, Ramiz Quliyev, Ü.İmanova - T.Məmmədov yaradıcılığının müxtəlif sahələrinə nəzər salaraq, dəyərli fikirlər söyləyərək, professorun gələcək planlarında ona daima axtarışlarda olmağı və yeni-yeni uğurlara imza atmasını arzu edərək təbrik etdilər. Təqdimat mərasimi BMA-nın müəllim və tələbə heyətinin iştirakı ilə, müxtəlif musiqi nömrələrindən ibarət kiçik konsert proqramı ilə davam etdirildi. Konsert proqramında -Üzeyir Hacıbəyli “Aşıqsayağı”( ifa edir:Əməkdar artistlər Elnarə Kəbirlinskaya,Töhvə Babayeva və III kurs tələbəsi Hüseynov Orxan); Jules Massne “Elegiya”(İfa edir: IV kurs tələbəsi Tağızadə Mahir, fortepianda müşayət edir Dilarə Kərimova); Duke Ellington “İn a sentimental mood” ( İfa edir II kurs tələbəsi Zeydullayev Aydın);Pulenk “Sonata”(İfa edir: Zeynalova Leyla və İsmayılova Nərmin); Həsən Rzayev “Çahargah” (İfa edir: I kurs tələbəsi Paşazadə Məhəmmədəli, fortepianda müşayət edir Kamilla Sadırxanova) əsərləri səsləndirilərək qonaqların marağına səbəb oldu.
Təqdimatın sonunda T.Məmmədov keçdiyi maraqlı yaradıcılıq yolundan, “Musiqi dünyası” jurnalının tarixindən qonaqlara bəhs edərək, sonda onlara bu tədbirdə onunla bir yerdə iştirak etdiklərinə görə öz minnətdarlığını və sevgisini bildirərək təqdimat mərasimini sona çatdırdı.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !