Fidan Ehmədova Afitab : - Müəllim olmaq bir insan üçün ən gözəl lütüfdür.

Fidan Ehmədova Afitab : Müəllim olmaq bir insan üçün ən gözəl lütüfdür.

Müəllim olmaq bir insan üçün ən gözəl lütüfdür. Öyrətməkdir , yol göstərməkdir, insanların yaxşılığına çalışmaqdır müəllim olmaq. Müəllim olmaq üçün insanlara qarşı böyük sevgin olmalıdır. Öyrədərkən zövq almalısan. Səbrli olmalısan. Diqqətli olmalısan. Həssas olmalısan. Uşağın gözünə baxanda onun fikirlərini oxumağı bacarmalısan. Hər bir şagirdə öz övladın kimi baxmağı bacarmalısan. Daima axtarışda olmalısan. Daha yaxşı müəllim olmaq üçün öz tədris etdiyin fənnin sənin üçün qaranlıq qalan məqamlarını araşdırıb öyrənməlisən. Fənnini sevdirməlisən. Müəllim öz tədris etdiyi fənni necə sevdirə bilər? Şagirdlər onun dərsi necə izah etiyinə baxaraq fənni ya sevir yada sevmir. Müəllim sevərək izah edirsə, şagirdlərə sevgi ilə rəftar edirsə, o müəllim özü də sevilir, tədris etdiyi fənn də sevilir.
Mən müəllim kimi 200- cü ildə fəaliyyətə başlamışam. 2003-cü ildə Bakı Dövlət Universitenin Fizika fakültəsini bitirib 11 il təhsil aldığım Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı tam orta məktəbdə müəllim kimi fəaliyyətə başladım. Həmin vaxtan indiyə qədər orda işləyirəm. Məktəbimizin zəngin fizika ənənələri olub. Mən şagird olan vaxtlarda böyük fizika kabineti, zəngin laboratoriyası vardı məktəbimizdə. Savadlı tanınmış fizika müəllimləri ilə seçilib bizim məktəbimiz hər zaman. Mən də məktəbimizin zəngin fizika ənənələrini davam etdirmək üçün çalışıram. Hər bir dərsimi böyük sevgi ilə, böyük həvəslə keçirəm. 45 dəqiqə müddətində mövzunu şagirdlərə tam mənimsətməyə çalışıram. Onlar üçün şərait yaradıram ki özləri düşünüb tapsınlar. Şagirdlərimə hər zaman fikir azadlığı verirəm. Onlar mənimlə razılaşmadıqları məqamlarda öz fikirlərini çox rahat şəkildə dilə gətirə bilirlər. İstər məsələnin həlli zamanı, istərsə də onlara yazdığım qiymətlərə etirazları varsa , istər hər hansı bir məsələdə onları narahat edən anlaşılmaz məqamlar varsa, bunu mənə bildirməkdən çəkinmirlər. Bir tapşırığın həll edərkən heç vaxt doğru cavabı birbaşa olaraq səsləndirmirəm. Hər bir şagirdin nə düşündüyünü soruşuram. Əgər məsələnin həlli zamanı şagirdlərin cavablarında fikir ayrılığı varsa, səslənən fikirləri ayrılıqda müzakirəyə çıxarırıq. Sinif iki, bəzən üç qrupa ayrılır. Hər bir qrup öz izahlarını deyirlər ki, niyə bu cavabı seçirlər. Bütün izahlar dinlənildikdən sonra doğru olan cavabı deyirəm. Artıq mənim izahıma ehtiyac qalmır. Çünki az əvvəl həmin cavabı seçən şagirdlər öz fikirlərini əsaslandırarkən bütün fikirləri səsləndirmiş olurlar. Beləcə şagirdlər özləri sərbəst qərar verməyi öyrənirlər. Sərbəst qərar verməyi bacaran şagirdlərdə hər zaman yaradıcılıq ideyaları yaranır. Onlar nəsə düzəltmək, yaratmaq haqqında düşünürlər. Mənim şagirdlərimin arasında belələri çoxdur. Çünki mən onlara sərbəstlik verirəm sinifdə. Fikrini deməyə qorxan, etiraz etməyə qorxan insanda heç bir zaman yaradıcılıq qabiliyyəti formalaşmır.
Şagirdlərim hər dəfə nəsə bir yeniliklə dərsə gəlirlər. Artıq bir neçə ildir ki, bu mənim dərslərimdə adət halını alıb. Mütəmadi olaraq şagirdlərim nəsə bir cihaz düzəldib gətirir dərsə.
Bütün dərslərimdə əyaniliyə üstünlük verirəm, təcrübələr aparıram. Bəzi hallarda isə şagirdlər təcrübələri özləri göstərir öz hazırladıqları chazlarla. Elektrik , cərəyan mövzularına və elektrik cihazlarına daha çox maraq gösətirirlər. Özləri sərbəst olaraq elektrik cihazları düzəldə bilirlər. Keçən dərslərimizin birində “Naqilin müqaviməti nədən asılıdır” mövzusu üçün Fərhad adlı şagirdim bir ədəd kərpicdən, spiral naqildən ibarət elektrik peçi və Xəyal adlı şagirdim kiçik taxta parçasına bərkidilmiş şruplardan ibarət elektrik su qızdırıcısı hazırlayıb gətirmişlər. Naqilin uzunluğunu dəyişib cərəyan şiddətinin necə dəyişdiyini əyanı olaraq nümaiş etdirdilər.
Şagirdlərim belə texniki yaradıcılq işləri ilə müxtəlif beynəlxalq tədbirlərdə iştirak edib dioplom və sertifikatlar qazanıblar. Üç şagirdim Mirzəquliyeva Ləman, Mürvətov Nihad, Qəniyeva Aynur “STEM Azərbaycanda-2018” lahiyəsi çərçivəsində “Word Space Week (4-10 october)” həftəsi lahiyəsinə öz hazırladıqları Günəş sistemi modelləri ilə qoşulub sertifikat qazanmışlar.
Digər başqa şagirdlərim isə UNESKO –nun Beynəlxalq Layihələrin Tətbiqi Mərkəzinin, UNESKO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasinin dəstəyi ilə kecirilən "Dūnyanin səsini duyaq" gənc istedadlarin birinci beynəlxalq musabiqəsində texniki yaradıcılıq nominasiyası üzrə iştirak etmişlər. Onlardan 3 nəfər qalib olub diplom qazanmışlar. Bir şagirdim Nurəhmədov Fərhad 2-ci yerə, iki şagirdim Hüseynli Elmir və Əzimova Fuad isə 3-cü yerə laiq görülüb. Digər dörd şagirdim Mirzəquliyeva Ləman, Heydərov Heydər, Hüseynov Xəlay, Ağaliyev Əbülfət isə sertifikat qazanıblar.
Dərslərimi yaradıcılıq xətti üzrə qururam ki, şagirdlərim gələcəyin kaşifləri olsunlar. Əlimdən gəldiyi qədər onları düşüncə üfüqünü açmağa çalışıram.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !